Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı

16 mart 2016 | 16:00

Novruz bayramı, xüsusilə də ilin axır çərşənbəsi Qubadlı rayonunda hər il yüksək səviyyədə, təntənəli surətdə qeyd edilir. Ənənvi olaraq bu bayram ərəfəsində məcburi köçkünlərdən olan 900 aztəminatlı, imkansız  ailələrə,  o cümlədən şəhid ailələrinə  Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən bayram sovqatları paylandı.
Bu il də Qubadlılar ilaxır çərşənbə və Novruz bayramı münasibətilə 15 mart 2016-ci il tarixdə köçkünlərin kompakt məskunlaşdığı ərazilərdə, o cümlədən Sumqayıt şəhərindəki 42-ci məhəllədə yerləşən 10 saylı peşə liseyinin həyətinində  bayram şənliyi təşkil edilmişdilər. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH aparatının məsul işçiləri idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri  iştirak edirdilər. Bayram şənliyindən öncə yandırılmış tonqal ətrafında məcburi köçkünlərlə görüşən Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov onları bayram münasibətilə təbrik etmişdir. Qeyd olundu ki, Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov vuğuladı ki, Qubadlı camaatı ümummilli lider Heydər Əliyevin siyasətinə daim sadiqdir və onun layiqli davamçısı Prezident İlham Əliyevi hər zaman dəstəkləyir. Belə bir inam ifadə edildi ki, Möhtərəm Prezidentimizin apardığı siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək və belə çərşənbə tonqalları hər kəsin öz yurdunda, öz həyətində alovlanacaq.
Şənliyə dəvət olunmuş tanınmış incəsənət xadimləri Aşıq Əhliman, Namiq Məna, Zahid Qubadlı, eyni zamanda rayonun Bərgüşad ansambulunun, rayonun incəsənət xadimlərinin ifalarında hazırlanmış konsert proqramı, Novruzun simvolu olan Kosa və Keçəlin, kəndirbazın əyləncəli hərəkətləri tədbirə  xüsusi rövnəq verdi. Bayram tonqalı ətrafında xalq rəqsləri ifa edildi.

Keçidlər