Şriftin ölçüsü :

Saytın rəngi :

15 may Beynəlxalq Ailə Gününə həsr edilmiş tədbir keçirildi

15 may 2025 | 15:59

2025-ci il 15 may tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin vəŞərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin rayon sektorunun birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində fəaliyyət göstərən Qubadlı rayon Süleyman Rəhimov adına Mahruzlu kənd tam orta məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində15 may Beynəlxalq Ailə Günü ilə əlaqədar “Gənclər arasında ailə dəyərlərinin təbliği”,“Gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması”, “Ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı”mövzularında dəyirmi masa keçirildi.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, RİH başçısı aparatının Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibiAytən Məmmədova, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin rayon sektorunun müdiriİslam Allahverdiyev, Qubadlı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Razim Əliyev və Şura üzvləri, Ağsaqqallar Şurasının sədriƏvəz Həsənov, Qadınlar şurasının sədriNuriyyə Hüseynova, Uşaq Səfirlər Məclisinin Region nümayəndələri,Mahruzlu kənd tam orta məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak edirdilər.

TədbiriSüleyman Rəhimov adına Mahruzlu kənd tam orta məktəbin direktoru Aynurə Hüseynova açıq elan etdikdən sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndirildi.

Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva Beynəlxalq Ailə Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, qeyd etdi ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2008-ci ildən etibarən hər il Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq,15 may “Beynəlxalq Ailə Günü” ilə bağlı silsilə tədbirlər keçirilir.“Beynəlxalq Ailə Günü” ərəfəsində Azərbaycanın bütün bölgələrini əhatə edən tədbirlərin keçirilməsinin əsas məqsədi cəmiyyətin diqqətinin bir daha ailə məsələlərinə yönəldilməsi, ailə institutunun möhkəmləndirilməsi, sağlam və güclü ailələrin təbliğ edilməsidir.

Eyni zamanda qeyd olundu ki, Azərbaycanda cəmiyyətin özəyi sayılan ailəyə həmişə böyük önəm verilir, dövlətimiz tərəfindən ailələrə  diqqət  və  qayğı göstərilir, eləcə dəcəmiyyətin formalaşmasında və saflaşmasında ailənin mühüm rol oynadığı diqqətə çatdırıldı.

Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunuvurğulayanXoşqədəm Alıyeva bildirdi ki, Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərilir.

Bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlarda, bir sıra Dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır.

Heydər Əliyev Fondu tərəfindən bu sahədə bir sıra maraqlı layihələr reallaşdırılmışdır. Bu layihələr ailələrimizin daha möhkəm və sağlam əsaslar üzərində qurulmasına, eyni zamanda, onların firavanlığının təmin olunmasına xidmət edir. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapır.

Digər çıxış edənlər Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin rayon sektorunun müdiri İslam Allahverdiyev, Qubadlı Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın sədri Razim Əliyev, Ağsaqqallar Şurasının sədri Əvəz Həsənov, Qadınlar şurasının sədri Nuriyyə Hüseynova, pisixoloq Günel Babayeva ölkəmizdə ailə dəyərlərinin qorunub, saxlanılması, milli adət-ənənələrimizdən geniş söhbət açaraq bildirdilər ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Dövlətimiz daim öz vətəndaşına qayğı ilə yanaşır və onun sosial problemlərinin həllini prioritet vəzifə kimi görür, bu istiqamətdə uğurlu siyasət həyata keçirilir. Ölkəmizdə aparılan bu sosial və iqtisadi quruculuq işləri ailə institutunun möhkəmlənməsinə öz töhfəsini verir.

   Qeyd olundu ki, dəyərlərimizi qoruyub saxlamaq hər birimizin borcudur. Gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması çox vacib bir mövzudur. Ailə həyatı, şəxsi inkişafın və cəmiyyətin davamlılığı baxımından əsaslı bir yerdə durur.Gənclərə bu barədə doğru məlumatlar vermək, onların doğru qərarlar qəbul etməsinə və gələcəkdə sağlam, xoşbəxt bir ailə qurmasına kömək edə bilər.
Gənclərdə ailə məsuliyyətinin formalaşması məqsədilə hər zaman maarifləndirici söhbətlər aparılmalıdır.

“15 May-Beynəlxalq ailə günü” ilə əlaqədar videoçarx nümayiş edildi. Ailə dəyərləri ilə bağlı şagirdlərin çıxışlarında  işarət dili formasında fləşmob təqdim edilərək, şeirlər səsləndirildi, mahnılar ifa edildi.

Sonda mövzu ətrafında şagirdlər tərəfindən verilən suallar cavablandırıldı.

Tədbirdəiştirakçılara bukletlər palyanıldı.

 

Keçidlər