Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü

06 may 2016 | 16:00

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Qubadlı rayonunda silsilə tədbirlər keçirilir. Bu səpkidən olan tədbirlərdən biri də 6 may 2015-ci il tarixində Qubadlı rayon  İcra Hakimiyyətində  təşkil edilmiş ümumrayon tədbiri olmuşdur. Dəyirmi masa formasinda təşkil olunmuş tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab Malik İsaqov, RİHB aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Əvvəlcə iştirakçılar Ulu Öndərin rayon İcra Hakimiyyəti binasının foyesində qoyulmuş büstünün önünə gül dəstələri qoydular.  Rayon icra hakimiyyətində davam edən tədbirdə ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş edildi.
Tədbirdə Qubadlı rayon  İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov  çıxış edərək Ümummilli Liderin Azərbaycan dövlətinin möhkəmlənməsi və inkisafi  yolundaki fəaliyyətindən bəhs etdi. Ulu Öndərin fəaliyyətinin hər bir sahəsinin fundamental tədqiqat mövzusu olduğunu qeyd edən başçı bildirdi ki, hələ sovet dövründə Azərbaycana məharətlə rəhbərlik edən Heydər Əliyev ölkəni sürətli inkişaf yoluna çıxarmaqla güclü elmi, iqtisadi və mənəvi potensial yarada bilmişdi, başlıcası isə xalqın qəlbində, arzu və istəklərində, yüz illərlə yaşayan azadlıq və müstəqillik ideyalarının həyati tələbat kimi formalaşmasına zəmin yaratmışdı. Qeyd olundu ki, xalqın tələbi ilə müstəqil Azərbaycan respublikasına rəhbərliyi qəbul edən Ulu Öndərin o ağır günlərdəki, illərdəki fəaliyyətinin xronikasını nəzərdən keçirən hər kəs onun sarsılmaz siyasi iradəsinə, idarəçilik məharətinə, müdrik qərarlar qəbul etmək səriştəsinə heyran qalmaya bilmir. Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçiliyinə qənim kəsilən xarici və daxili qüvvələri məharətlə zərərsizləşdirdi. Müstəqil dövlətin əsl mənada qurulması, iqtisadi, hərbi, mədəni potensiallarının hərəkətə gətirilməsi üçün vacib şərt olan əmin-əmanlıq şəraiti yaratdı. RİH-nin başçısı vurğuladi ki, dövrün burulğanlı, təlatümlü çağında böyük siyasi müdrikliyi, siyasi məharəti, gözlənilməz siyasi gedişləri ilə tarixin yaddaşında əbədi yaşayacaq liderin fəaliyyəti zaman keçdikcə öz dəyərini göstərməkdədir və bunlar zaman-zaman elmi araşdırmaların mövzusu, predmeti olacaqdır. Başçı bildirdi ki, Ulu Öndər məcburi köckünlərin də əsl himayəcisi idi. Məcburi köckünlərin həyat şəraitlərinin yaxsilasması, məhz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbərin həyata kecirdiyi siyasət nəticəsində qaçqın və köckünlərin problemləri öz həllini tapdı.
Rayon İcra hakimiyyətinin başçısı Malik İsaqov cənablari çıxışında qeyd etdi ki,  bu gün Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin  ideya və strategiyasının yeni tarixi şəraitə uyğun yaradıcılıqla həyata keçirməsi ölkəmizi çiçəklənən bir diyara çevirmişdir. Biz inaniriq ki, yaxin gələcəkdə məhz bu siyasətin nəticəsində torpaqlarımız işğaldan azad olunacaq və məcburi köckünlər öz doğma yurd yuvalarına qayidacaqlar.
Tədbirdə Qubadlı rayon prokuroru Qoşqar Əhmədov “Azərbaycan dövlətində qanunçuluğun formalaşması Heydər Əliyevin adı ilə bağlıdır”, Aşağı Mollu məktəbinin müəlimi Nəhayət İsgəndərova  “Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir”,  Mahruzlu məktəbinin müəlimi Günel Quliyeva “Azərbaycanin müdafiə sənayesinin inkişafinda Heydər Əliyevin rolu” mövzularında məruzələr  etdilər.

Keçidlər