Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəfa” sanatoriyasında umumrayon toplantisi barədə

25 may 2016 | 16:00

25 may 2016-cı il tarixində  ilə Sumqayıt şəhərində yerləşən “Şəfa” sanatoriyasındakı mərasim evində ümumrayon tədbiri olmuşdur. “Şəfa” sanatoriyasındakı Mərasim evinin və idman zalının avadanlıqlarının təhcizatını, “Şəfa” sanatoriyasında həyətyanı sahənin və ətraf ərazilərin abadlaşdırılması ilə bağlı görülmüş işlərə həsr olunmuş tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Başkan yardımçısı Ali Maskan, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə müəssisə və təşkilat rəhbərləri, rayon sakinləri, ictimaiyyət nümayəndələri, rayon gəncləri və idmançılarının iştirak etmişdir.
Tədbir açıq elan edən Qubadlı rayon icra Hakimiyyətinin başçısı Malik İsaqov Türkiyə - Azərbaycan dostluq münasibətlərindən  bəhs edərək bildirdi ki, İki ölkənin əməkdaşlığı nəinki regionun, bütövlükdə, dünyanın enerji təhlükəsizliyinin təminatında həlledici rol oynamaqdadır. Son illərdə ölkələrimiz arasında münasibətlərin dinamizminin möhkəmlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyması qarşılıqlı əməkdaşlıq tellərinin genişlənməsinə impuls verib. Türkiyə ilə Azərbaycanı təkcə bir millət 2 dövlət meyarları biləşdirmir, həmdə bir sira mühim layihələrin - Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsi üçün TANAP layihəsi,  Nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrası, qlobal iqtisadi böhran və neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, hər iki ölkə arasında ticari əlaqələrin inkişaf etməsi,  hərbi sahədə əməkdaşlıq iki ölkə arasındakı bağları daha da möhkəmləndirir. Ulu öndər Heydər Əliyevin də dəfələrlə dediyi kimi, bu qardaşlıq sarsılmaz və əbədidir.
Sonra Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Başkan yardımçısı Ali Maskan geniş nitq söyləyərək iki qardaş ölkənin daim bir birinə dəstək ifadə etdiyini bildirdi. Xüsusilə beynəlxalq münasibətlər müstəvisində iki dövlətin biri-birini ardıcıl və davamlı dəstəkləməsi olduqca təqdirəlayiqdir. Azərbaycan ilə Türkiyə arasındakı siyasi, iqtisadi əlaqələr, elm, təhsil, mədəniyyət və digər sahələrdəki əməkdaşlıq hazırda elə bir yüksək mərhələdədir ki, bunları həmin ölkələrin cəmiyyətlərinə anlatmağa, eləcə də dünyaya izah etməyə heç bir ehtiyac duyulmur. Türkiyəyə qarşı atılan istənilən addıma ilk reaksiyanın Azərbaycandan gələcəyinə nəinki Türkiyə cəmiyyətində, beynəlxalq aləmdə də heç kim şübhə etmir.
Rayon ağsaqqalları adından çıxış edən İsayev Yusif, Muxtarov Əvəz görülən işlərdən,  rayon sakinləri, gənclər və idmançılar üçün yaradılan şəraitdən danışaraq rayon rəhbərliyinə, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinə (TİKA) təşəkkürlərini bildirdilər. Bu kimi xeyriyyəcilik tədbirlərin davamlı olmasını arzuladılar.

Keçidlər