Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 47- ci ildönümü münasibəti ilə keçirilən tədbir haqqında Məlumat

15 iyul 2016 | 16:00

14 iyul 2016-cı il tarixdə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 47- ci ildönümü münasibətilə Qubadlı rayon icra hakimiyyətinin və YAP Qubadlı rayon təşkilatının birgə tədbiri keçirildi.
Qubadlı rayon tarix diyarşünaslıq muzeyində təşkil olunan tədbirdə rayon icra hakimiyyəti aparatının məsul şəxsləri,  idarə, müəssisə və təşkilat rəhbərləri, rayonun aktiv gəncləri və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbiri giriş nitqi ilə açan YAP Qubadlı rayon təşkilatının sədri A.Allahverdiyev ulu öndər Heydər Əliyevin 1969- cu ilin iyul ayının 14- də Azərbaycan Respublikasına rəhbər təyin edilməsini taleyin Azərbaycan xalqına bir bəxşişi kimi dəyərləndirərək qeyd etdi ki, bu hadisə ölkəmizin tarixində uzunmüddətli və sürətli inkişafın əsasını qoydu. Sovеt rеjiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan Hеydər Əliyеv Azərbaycanı düşmüş olduğu ağır vəziyyətdən çıxarmaq üçün qətiyyətli addımlar atmağa başladı.
Ulu öndər 1969-1982-ci illərdə milli kadr hazırlığı məsələsinin həllinə, təhsil şəbəkələrinin genişləndirilməsinə, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə nail oldu.
Qubadlı rayon icra hakimiyyəti başçısının müavini Sahib Əliyev çıxış edərək bildirdi ki, 1969-1982-ci illərdə Hеydər Əliyеv bütün sahələrdə digər sovеt rеspublikaları ilə muqayisədə dəfələrlə gеri qalan, tənəzzülün hökm sürdüyü bir rеspublikanı dirçəltmək missiyasını yеrinə yеtirməli oldu. Azərbaycana rəhbər təyin olunan Heydər Əliyev respublikanın geriqalma səbəblərini dərindən araşdıraraq, dahiyanə uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və onların icrasına başlandı. Cəmiyyətin sağlam qüvvələrini, mövcud resursları səfərbər edərək respublikanı tərəqqi və inkişaf  yoluna çıxardı.
Rayaon təhsil şöbəsi üzrə  ilk təşkilatın sədri Kamil Əhmədov, Xanlıq kənd 3 saylı tam  orta məktəbinin  tarix müəllimi Xürrəm Həsənov və digər çıxışçılar “Heydər  Əliyev və Azərbaycanın müasir  tarixi” mövzusunda  çıxışlar etdilər.
Məruzə və çıxışlarda qeyd edildi ki, həyatının Moskva dövründə də respublikamızın inkişafına dəstək xalqımızın böyük oğlunun fəaliyyətində prioritet olmuşdur. Xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər tariximizin olduqca məsuliyyətli və taleyüklü mərhələsində ölkəni məhv olmaqdan qurtardı. 
Razılıqla qeyd edildi ki, Heydər Əliyevdən sonra ölkəmizin sürətli inkişafı Ümummilli Liderin ideyalarının həyata keçirilməsinin birbaşa təntənəsi olduğu kimi, həm də onun siyasi varisi Azərbaycan respublikasının Prezidenti Cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq dəyərlidir. Hazırda Heydər Əliyev siyasi kursunu uğurla və inamla davam etdirən respublika prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə  ölkəmiz Qafqazda lider dövlətə çevirmiş, inkşaf etmiş dövlətlər sırasına çıxmışdır.
YAP Qubadlı rayon təşkilatının sədri A.Allahverdiyev tədbiri yekunlaşdıraraq qeyd etdi ki, tarix Ulu  Öndər Heydər  Əliyev siyasətinin alternativi olmadığını tam sübuta yetirmişdir. Sonra natiq  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  cənablarının  apardıgı  daxili  və  xarici  siyasətin ugurları barədə  ətraflı  məlumat  verdi .
  Sonda bir qrup şəxsə YAP Qubadlı rayon təşkilatının üzvlərinə  fəxri fərmanları və yeni üzvlərə üzvülük vəsiqəsi təqdim olundu.

Keçidlər