Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın hərbi təcavüzü nəticəsində Qubadlı rayonunun işğalının 23-cü ildönümü ilə əlaqədar keçirilən tədbir haqqında

31 avqust 2016 | 16:00

31 avqust 2016- ci il tarixdə Ermənistanın hərbi təcavüzü nəticəsində Qubadlı rayonunun işğalının 23-cü ildönümü ilə əlaqədar olaraq tədbir keçirilmişdir. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, rayon ictimaiyyəti, idarə, müəssisə və təşkilatların nümayəndələri, respublikanın digər qurumlarınından olan qonaqlar iştirak edirdilər. Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanındakı abidənin önünə əklil qoyulduqdan sonra tədbir iştirakçıları xiyabandakı məzarları ziyarət etdilər.
Işğalının 23-cü ildönümü ilə təşkil olunmuş tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov çıxış edərək qeyd etdi ki, bu gün Qubadlının işğalının 23-cü ili tamam olur. Zəngin tarixə malik olan rayonumuzun bütün əmlakı erməni işğalçıları tərəfindən talan edilmişdir. Düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olmuş, 200 nəfərə yaxın ağır yaralanmış, 300-dən artıq  rayon sakini əlil olmuş, 100 nəfərdən çox itgin düşmüşdür. 10 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür. Hal hazırda  36 min nəfərdən artıq Qubadlı əhalisi respublikamızın 41 rayonunda məcburi köçkün ömrü yaşayır. Əhalimizin mütləq əksəriyyəti Sumqayıt şəhərində məskunlaşıb. Harda məskunlaşmağından asılı olmayaraq rayon əhalisinin problem və çətinlikləri yerli icra strukturlarının diqqətindədir.  Bu isə əsası Ulu öndərimiz tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam və inkişaf etdirilən siyasətin yerlərdə layiqincə icrasının təzahürüdür.
Rayon İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, 23 il ərzində torpaq həsrəti bir an da olsun əhalimizi tərk etməyib. Dövlətimiz və hökümətimiz məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmini sahəsində kompleks tədbirlər həyata keçirmişdir. Bütün bu diqqət və qayğını minnətdarlıqla qarşılayan əhalimiz doğma yurda qayıtmaq istəyi ilə yaşayır. Rayon əhalisi hər zaman Azərbaycan dövlətinə sadiqdir və qəti əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qubadlıya qayıdacağımız gün uzaqda deyil.  Başçı qeyd etdi ki, orduda döyüş qabiliyyəti, mənəvi-psixoloji durum, vətənpərvərlik ruhu çox yüksəkdir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. 2016-cı ilin aprel ayında dördgünlük döyüş Azərbaycan ordusunun qüdrətini bir daha sübut edərək göstərdi ki, bu ordu nəinki ölkəmizin ərazi bütövlüyünü mənfur düşməndən qorumağa, həmdə çox az müddətdə işğal olunmuş ərazilərimizi düşməndən azad etməyə qadirdi. Xüsusilə qeyd olundu ki, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Aprel döyüşlərində fərqlənən rayon sakinlərimiz Həmidov Şükür Nəriman oğluna Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Bərxudarov Mais Şükür oğluna general-mayor hərbi rütbəsi verilmişdir. RİH başçısı bildirdi ki, aprel döyüşlərindən sonra hər iki həmyerlimizin yüksək fəxri ad və hərbi rütbə alması rayon sakinlərinin  hədsiz sevincinə səbəb olmuşdur. Əlavə etdi ki, yaxın gələcəkdə möhtərəm Prezidentimizin uğurlu siyasi fəaliyyəti sahəsində torpaqlarımız işğaldan azad olunacaq və üçrəngli bayrağımız Qarabağda dalğalanacaqdır.
Tədbirdə digər çıxış edənlər qeyd etdilər ki, 23 il ərzində vətən həsrəti ilə məcburi köçkünlük ömrü yaşayan Qubadlı əhalisinin nümayiş etdirdiyi dözümlülüyün və dövlətə sadiqliyin örnək olduğunu bildirdilər. Bütün çətinliklərə rəğmən bu müddətdə rayon əhalisi Azərbaycanda vüsət almış quruculuq işlərində fəal iştirak etmişlər.
Sonra təcavüzkar siyasətinə beynəlxalq güclərin yetərincə təzyiq etməməsinin təəssüf doğurduğunu bildirilərək Azərbaycan Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə doğma torpaqlarımıza qayıdacağımıza olan sonsuz inam ifadə olundu.

Keçidlər