Şriftin ölçüsü :

Saytın rəngi :

05 oktyabr- Beynəlxalq Müəllimlər Günü

05 oktyabr 2016 | 16:00

05 oktyabr 2016-cı il tarixdə Qubadlı rayonu İcra Hakimiyyətinin təçkilatçılığı ilə Sumqayıt şəhərində 28 May mədəniyyət evində 05 oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir olmuşdur.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin Başçısı Malik İsaqov, rayonun idarə, müəsisə və təşkilat rəhbərləri, rayon ümumtəhsil məktəblərinin müəllim kollektivi, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbir açıq elan edildikdən sonra rayon təhsil şöbəsinin müdiri Afət xanım Allahverdiyeva məruzə ilə çıxış etdi. Məruzəçi qeyd etdi ki, 5 oktyabrın Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Azərbaycanda Müəllimlər Günü isə 2000-ci ildən etibarən qeyd edilir. Hazırda dünyanın 100-dən çox ölkəsində bu tarix müəllimlər günü kimi qeyd olunur.
Sonra yığıncaqda çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Malik İsaqov tədbir iştirakçılarını salamlayaraq bütün müəllimləri bayram günü münasibəti ilə təbrik edərək qeyd etdi ki, bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də çoxminlik müəllim ordusu üçün əziz gündür - pedaqoq adına tapınanlar özlərinin peşə bayramını qeyd edirlər. Bəşəriyyətin min illər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. Hər bir insanın dünyanı dərk etməsində, yeni biliklər qazanmasında müəllim ən yaxşı köməkçi olmuşdur. Ulu Öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək hər zaman söyləyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”. Bu gün dövlət rəhbərimiz İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirərək, onlara daim diqqət və qayğı göstərir.
Yekunda Rayon İcra Hakimiyyətinin Başçısı cənab Malik İsaqov bütün müəllimlərə nailiyyətlər diləyərək, təhsil inqilabında daim onlara mübariz və daha çox Azərbaycanın gələcəyi üçün əsl vətənpərvərlər yetişdirməyi arzuladı.
Tədbirdə fəaliyyəti dövründə fərqlənən bir qrup müəllimə Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanları təqdim olundu, qiymətli hədiyyələr verildi.
Tədbir rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı konsert proqramı ilə davam etmişdir.

Keçidlər