Şriftin ölçüsü :

Saytın rəngi :

Öz biznesini başla və təkmilləşdir

10 noyabr 2016 | 16:00

“Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 7 aprel tarixli 1941 nömrəli Sərəncamınının icrasını təmin etmək məqsədilə 08 noyabr 2016-cı il tarixində Qubadlı rayon Qara İlyasov adına şəhər 1 saylı məktəbində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Qubadlı rayon Məşğulluq Mərkəzi təlimlərə başlamışdır.
“Öz biznesini başla və təkmilləşdir” layihəsi çərçivəsində təşkil olunmuş təbiri açıq elan edən Məşğulluq Mərkəzinin direktoru Cəfər Ağayev layihənin əhəmiyyətindən bəhs edərək qeyd etdi ki, cari ildə dünya iqtisadiyyatında böhranın bir qədər də kəskinləşməsinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu islahatlar kursunun ölkədə sosial-iqtisadi inkişafın davam etməsinə şərait yaratmışdır. Ölkədə aparılan sosial-iqtisadi siyasətdə əmək resurslarından səmərəli istifadənin təmin edilməsi, əmək bazarının inkişafı əsas prioritetlərdən biridir. Son 12 ildə 1,5 milyondan çox yeni iş yerinin açılması əmək bazarında sabitliyə, işsizliyin 5 faizə qədər azalmasına imkan yaradıb. Cari ildə də bu istiqamətdə mühüm addımlar atılmışdır. Belə ki, Cənab prezidentin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin aktiv əmək bazarı tədbirlərinə cəlb olunması onların özünüməşğulluğunu yüksək səviyyədə təşkil etməklərinə güclü təkan verəcəkdir. Cəfər Ağayev bildirdi ki, Beynəlxalq Əmək Təşkilatının müvafiq sertifikatı ilə təmin olunmuş təlimçilər tərəfindən həyata keçirilən treninqlərin əsas məqsədi Qubadlı rayon məşğulluq mərkəzində işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşların məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında rəqabət qabiliyyətinin artırılmasıdır.  5 həftə ərzində davam edəcək təlimlərdə davamlı olaraq iştirak etmiş, təlim kurslarını  müvəffəqiyyətlə başa vuraraq biznes-plan hazırlamaq bacarığına yiyələnmiş şəxslər öz biznes layihələrini həyata keçirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq avadnalıq və mal-qara ilə təmin olunacaqlar.

Keçidlər