Qubadlı məktəbliləri “Ölkəmizi tanıyaq” devizi altinda qərb bölgəsində ekskursiyada olmuşlar.
Bu gün müstəqil Azərbaycan Respublikasında gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyyə edilməsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayonumuzun orta məktəblərində 9-11-ci sinflərdə təhsil alan şagirdlər üçün “Ölkəmizi tanıyaq” VI tur-aksiya noyabr ayının 12-dən 15-dək keçirilmişdir. Tur-aksiyalarda məktəblilərimiz arasında ümumrespublika, şəhər, rayon fənn olimpiadalarının, rəsm, musiqi və idman müsabiqələrinin fəal iştirakçıları və qalibləri, eyni zamanda biliyi və istedadı ilə seçilən nümunəvi 40 nəfər şagirdin iştirakı təmin edilmişdir və tur-aksiyada iştirak edən şagirdlərimiz “Ölkəmizi tanıyaq” atributları həkk olunmuş xüsusi geyimlərlə təchiz olunmuşdur.
Azərbaycan Respublikası Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən “Ölkəmizi tanıyaq” layihəsi gənclərin vətənpərvərlik, tarixi –mədəni irsimizə hörmət ruhunda tərbiyyə olunmasına, məktəblilərin dünyagörüşlərinin daha da zənginləşməsinə xidmət etmək məqsədi daşıyır.
Bu tur-aksiya Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr olunmuşdur.
Qubadlı rayonundan olan məktəblilər dörd gün ərzində Gəncə şəhəri, Şəmkir və Göygöl rayonları ilə tanış oldular. Şagirdlər tur-aksiyada vaxtlarını səmərəli keçirməklə yanaşı, Azərbaycanın qərb bölgəsinin qədim tarixi-memarlıq abidələri, muzey və mərkəzləri ilə daha yaxından tanış oldular.
Tur iştirakçıları “Hərəmiz bir ağac əkək” aksiyasına qoşularaq Gəncə şəhəri və Şəmkir rayonunda ağac əkmədə iştirak etdilər.
Tur iştirakçıları onlara yaradılan bu şəraitə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.