Şriftin ölçüsü :

Saytın rəngi :

1dekabr ümumdünya QİÇS-lə mübarizə günüdür

01 dekabr 2016 | 16:00

Narkomaniya və QiÇS-lə  mübarizə daim rayon rəhbərliyinin diqqət mərkəzindədir. Bu sahədə Rayon İcra Hakimiyyəti və Qubadlı rayon Gənclər və idman idarəsi tərəfindən rayonun Xocahan, İşıqlı, Hal, Fərcan, Dəmirçilər, Yuxarı Mollu, Mahmudlu, Zilanlı kənd tam orta məktəblərində  maarifləndirmə məqsədilə tədbirlər keçirilmiş, müxtəlif səpkili görüşlər təşkil olunmuş, iştirakçılara “Narkomaniya və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilasi deməkdir”  başlıqlı bükletlər paylanılmışdır.
1 dekabr 2016-cı il tarixində Qubadlı rayon Şəhər 1 saylı məktəbdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Qubadlı rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə Narkomaniya və QİÇS-lə  mübarizəyə həsr olunmuş yekun tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının müavini Xoşqədəm Alıyeva, rayon Gənclər və idman idarəsinin rəisi Natiq Abbasov, rayonun idarə, müəssisə və təşkilat nümayəndələri və rayon gəncləri iştirak edirdilər.
Tədbir açıq elan edildikdən sonra “Narkomaniya və QİÇS-in törətdiyi fəsadların” əks olunduğu video çarx nümayiş olundu. Yığıncaqda çıxış edən Xoşqədəm xanım Alıyeva qeyd etdi ki, 1 dekabr  ümumdünya QİÇS-lə  mübarizə günüdür. Bu  günün  qeyd olunmasında  əsas məqsəd dünya ölkələrini bu problemlə mübarizədə bir araya gətirməkdir. Azərbaycanda  virusun daşıyıcısı ilk dəfə 1987-ci ildə aşkarlanıb. 1988-ci ildə təsis edilmiş AİDS Günü dünya ölkələri səhiyyə nazirlərinin AİDS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran sammitindən sonra təsis edilib. Bundan sonra Ümumdünya Səhiyyə Təşkilatı BMT-nin dəstəyi ilə dekabrın 1-ni  Ümumdünya AİDS Günü elan edib. Azərbaycanda “QİÇS haqqında” qüvvədə olan qanun 1996-cı ildə qəbul olunub. 2010-cu ildə isə  qanun layihəsi yenidən işlənərək qanunvericilik bazası daha da genişlənib. Hazırda isə ölkədə xəstəliyin qarşısının alınması üçün zərərin azaldılması proqramı da  həyata keçirilir.
Sonra QİÇS-ə qarsı aparılan maarifləndirmə tədbirlərindən bəhs edən rayon Gənclər və İdman idarəsinin rəisi Natiq Abbasov bildirdi ki, belə bir günün təsis edilməsi QİÇS-ə qarşı effektiv kampaniyaların birləşməsinə imkan yaradıb. Qazanılmış İmmun Çatışmazlığı Sindromu olan xəstəlik  insanların HİV virusuna yoluxması ilə başlayır.  Nəticədə insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulur.  Artıq dünyada QİÇS-dən vəfat edənlərin sayı milyonlarla ölçülür.
Respublikada olduğu kimi rayonumuzda da  yeniyetmə və gənclərin zərəli vərdişlərdən, xüsusi ilə narkomaniya və QİÇS-dən qorunması və sağlam həyat tərzi sürmələri üçün müxtəlif kütləvi  marifləndirmə tədbirləri iş planına müvafiq olaraq qrafik üzrə həyata keçirilir.
Tədbirdə çıxış edən Qubadlı rayon Polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəsis Hüseynov Hüseyn, rayon polis şöbəsinin əməkdaşı Rəşad İlyasov, Rayon Səhiyyə şöbəsinin həkimi Aygün Allahverdiyeva, Şəhər 1 saylə məktəbin dərs hissə müdiri Aybəniz Əsədova qeyd etdilər ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir. Belə ki, bu virusun daşıyıcıları 2006-cı ildən ölkədə tətbiq edilən antiretrovirus terapiyaya cəlb olunublar.  Azərbaycanda virus yayılma surətinə görə digər ölkələrlə müqayisədə aşağı səviyyədə olsa da təhlükə davam edir. Xüsusilə vurğulandı ki, QiÇS-lə effektiv mübarizə aparmaq üçün maarifləndirmə tədbirləri daha da genişləndirilməlidir.
Sonda tədbir iştirakçılarına maarifləndirici bukletlər paylanıldı.

Keçidlər