Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 13-cü ildönümü münasibətilə Qubadlı rayon İcra hakimiyyətində 12.12.2016-cı il tarixdə keçirilən tədbir haqqında

12 dekabr 2016 | 16:00

12 dekabr 2016-cı il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 13-ci ildönümü münasibətilə Qubadlı rayon İcra hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının təşkilatçılığı ilə birgə elmi-praktiki konfrans keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının müavinləri Sahib Əliyev və Xoşqədəm Alıyeva, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev, RİH-nin məsul nümayəndələri, hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Ümummilli liderin xatirəsinə həsr edilmiş tədbirdə iştirakçılar Qubadlı rayon  İcra hakimiyyətinin foyesində olan Ulu öndərin büstünün önünə gül dəstələri qoydular. Sonra tədbir Qubadlı rayon İcra Hakimiyyətinin konfrans zalında davam etdirildi. Tədbirdə Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra “Ulu Öndərin həyatından və siyasi fəaliyyətindən” bəhs olunan videoçarx nümayiş olundu. Elmi-praktiki konfransda çıxış edən  Rayon İcra Hakimiyyəti başçısının müavini Sahib Əliyev ümummilli lider Heydər Əliyevin fəaliyyətindən, onun  müasir Azərbaycan dövlətinin qorunub saxlanması və inkişafındakı rolundan bəhs etdi. Ulu öndərin müasir dövlətçilik tariximizdə quruculuq və xilaskarlıq missiyasından, apardığı daxili və xarici siyasətdən, Azərbaycanın tolerant ölkə kimi dünyada nüfuz qazanmasından, Qəbul edilən mütərəqqi qanunlardan, hakimiyyəti illərində gender bərabərliyinin təşəkkül tapmasından, azərbaycançılıq ideologiyasının milli ideologiyaya çevrilməsindən, dünya siyasətçiləri arasındakı reytinqindən, Azərbaycan dilinin, mədəniyyətin, elmin inkişafına verdiyi tövhələrdən danışdı. Bildirildi ki, Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq statusu qazanmış Heydər Əliyevin xatirəsi daima ürəklərdə yaşayacaqdır. Qeyd olundu ki, bu gün Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında apardığı siyasət Azərbaycan dövlətini işıqlı gələcəyə doğru aparır. Azərbaycan dövləti bütün sahələr üzrə inamla inkişaf edir və getdikcə möhkəmlənir. Natiq nitqində əhalinin sosial vəziyyətinin yaxşılaşdığını qeyd edərək bildirdi ki, bu inkişaf məcburi köçkünlərin daima yeniləşən həyatında da özünü göstərir.
Tədbirdə Xıdırlı kənd tam orta məktəbin direktoru Savalan İmanov “Azərbaycanı yaşadan və Azərbaycanla yaşayan bir ömür”, Yuxarı Mollu kənd tam orta məktəbin direktor müavini Fəqani Məhərrəmov “Xilaskarlıq missiyası ömrünə yazılmış siyasətçi” mövzusunda məruzə ilə çıxış etdilər.

Keçidlər