Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Qubadlı rayonunda tədbir keçirilmişdir
29 dekabr 2016-cı il tarixində Sumqayıt şəhərində yerləşən “Bəyaz Saray” şadlıq evində Qubadlı RİH və Qubadlı Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli tədbir keçirilmişdir. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, rayonun idarə, müəssisə və təşkilatların məsul nümayəndələri, idmançılar və gənclər iştirak edirdi.
Bayram tədbiri açıq elan edildikdən sonra, rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov təbrik nitqi söylədi. Başçı bildirdi ki, Azərbaycanın tarixinə uğurlu il kimi daxil olan 2016-cı ildə respublikamızın regional və qlobal əhəmiyyəti daha da artmış, xalqımızın sosial rifah halı yüksəlmişdir. Qцрур щисси иля гейд етмяк лазымдыр ки, районумузун ящалиси дя бу просесдя дювлятимизя садиглик мювгелярини бир даща сцбут етmişdiляр. 2016-cı ilin aprel ayında Ermənistan ordusunun təxribatı nəticəsində baş verən qısamüddətli döyüşlər zamanı Milli Ordumuz düşmənə layiqli cavab verərək onların xeyli canlı qüvvəsini məhv etmiş, eyni zamanda strateji yüksəklikləri geri qaytarmışdır. Düşmən üzərində bu qələbənin əldə edilməsində həmyerlilərimiz olan cəsur komandirlər Şükür Nəriman oğlu Həmidovun və Mais Şükür oğlu Bərxudarovun da böyük payları olmuşdur.
Ötən 2016-cı il ərzində rayon üzrə 10 ailə yeni mənzillə təmin edilmiş, yüzlərlə ailənin məişət şəraitinin bu və ya digər dərəcədə yaxşılaşdırılmasına nail olunmuşdur. Rayonda idarə, müəssisə və təşkilatların iş şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Vurğulandı ki, ötən il ərzində rayonda vətənin azadlığı uğrunda canlarından keçmiş qəhrəmanların anım mərasimləri, respublika və rayon əhəmiyyətli tədbirlər yüksək səviyyədə qeyd olunmuşdur. 2016-cı il ərzində əhalimizin aztəminatlı hissəsi, şəhid ailələri diqqətdə saxlanılmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə, digər kateqoriyadan olan aztəminatlı ailələrə yardımlar edilmişdir. Eyni zamanda Qurban bayramı münasibətilə 400-dən artıq ailəyə ərzaq yardımı göstərilmişdir. Yas mərasimlərinin təşkili, müalicə xərclərinin ödənilməsi və digər məsələlərlə bağlı sakinlərə 113 min 867 manat vəsait ödənilmişdir. 1400 ailəyə yataq dəsti və digər sənaye malları yardım edilmişdir. Qeyd olundu ki, cari tədris ilində XI- sinifləri bitirən 367 nəfərin 303 nəfəri ali məktəblərə sənəd vermiş, onların 183 nəfəri tələbə adını qazanmışdır. Qəbul olunanların 14 nəfəri 600-700 arası bal toplamışlar. Rayon gəncləri, o cümlədən idmançılar bir sıra respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə, müxtəlif sahələrdə uğurlar qazanmışlar.
2016-cı ildə dünya, Avropa və Beynəlxalq yarışlarda yer tutmuş idmançılara RİH-nın başçısı tərəfindən hədiyyələr verildi və “Fəxri Fərmanlar” təqdim olundu.
Sonra tədbir Şaxta Baba və Qar qızın iştirakıyla təşkil olunmuş bayram konserti ilə davam etdirildi.