Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevral gənclər günü

02 fevral 2017 | 16:00

Hər il olduğu kimi Qubadlı rayonunda 2017-ci ildə də 2 fevral gənclər günü yüksək səviyyədə qeyd olundu. Gənclər günü münasibətilə Qubadli rayon icra hakimiyyətinin təşəbbüsü və rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə rayonun Çaytumas məktəb liseyində “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə yarışlar keçirilmişdir. Yarışlarda rayonun ümumtəhsil məktəblərindən olan 26 komanda iştirak edirdi.
Qubadlı rayon Gənclər və Idman Idarəsinin rəisi Natiq Abbasov tədbiri açıq elan edərək, 2 fevral gənclər günü münasibətilə gəncləri təbrik etdi. Qeyd olundu ki, 2016-ci il də rayonumuzun gəncləri üçün  uğurlu olmuşdur. Beləki, rayon idmançıları respublika birincilikləri və turnirlərində 53, Avropa, dünya və beynəlxalq yarışlarda 16 medal qazanmışlar. Rayon məktəblərinin məzunları sırasından 183 nəfər gənc ali məktəb tələbəsi adını qazanmışdır. Hazırda respublikanın ali təhsil müəssisələrində 630-dən artıq qubadlı  gənc təhsil alır. 30-dən artıq gəncimiz xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində elmin sirlərinə yiyələnirlər. Azərbaycan bu gün dünya ölkələri içərisində iqtisadi- sosial inkişafına, siyasi sabitliyə və dünya ölkələri arasındakı nüfuzuna görə önəmli yer tutur. Dövlətimizin səsi dünyanın mötəbər təşkilatlarında eşidilir, beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bunlar isə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin nəticəsidir. Qeyd olundu  ki, ulu öndərin siyasi fəaliyyətində əsas, önəmli yerlərdən birini də gəncliyə diqqət və qayğı tuturdu.  Həm Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdə, həm də müstəqil Azərbaycana rəhbərliyi illərində ulu öndər gəncliyin milli dəyərlərə hörmət və ehtiram ruhunda tərbiyə olunması, onların savadlı və bilikli olması, gənclərdə sağlam və fəal həyat tərzinin formalaşdırılması üçün genişmiqyaslı işlər, tədbirlər həyata keçirildiyini qeyd etdi.  Hal-hazırda gənclər siyasəti Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Bu gün Azərbaycan gənci özünü xoşbəxt hesab edir, ona görə ki ona özünü göstərməsi üçün bütün imkanlar yaradılmışdır. Bu diqqət və qayğının nəticəsidir ki, indi Azərbaycan gəncinin səsi dünyanın ən qabaqcıl elm və təhsil ocaqlarından gəlir, gənclərimiz dünyanın beynəlxalq idman, mədəniyyət tədbirlərində xalqımızı, dövlətimizi layiqincə təmsil edirlər. Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir. Natiq Abbasov rayon gənclərinə göstərdiyi  qayğıya, yaradıcı gəncləri üzə çıxarılması və onların Respublika səviyyəli tədbirlərdə, rayon idmançılarının Dünya və Avropa çempionatlarında iştirakına göstərdiyi köməyə görə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov cənablarına rayonun gəncləri və idman ictimayyəti adınan minətdarlığını bildirdi.
Yarışda I yeri Aşağı Mollu məktəbinin  komandası,  II yeri Çaytumas məktəbinin komandası, III yerləri  tutmuş Zilanlı və Mərdanlı məktəblərinin  komandaları rayon Gənclər və İdman idarəsinin fəxri fərmanlarıyla təltif olundu.

Keçidlər