Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı

25 mart 2017 | 16:00

Novruz bayramı  Qubadlı rayonunda hər il yüksək səviyyədə, təntənəli sürətdə qeyd edilir. Ənənəvi olaraq bu bayram ərəfəsində də 600-ə yaxın aztəminatlı  ailələrə,  o cümlədən şəhid ailələrinə  Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən bayram sovqatları paylanılmış və köçkünlərin kompakt məskunlaşdığı ərazilərdə bayram şənlikləri təşkil edilmişdir.
18 mart 2017-ci il tarixdə  Novruz bayramı münasibətilə  Sumqayıt şəhəri 41-ci məhəllədə yerləşən 28 May  mədəniyyət evinin   qarşısında təşkil olunmuş bayram şənliyində  Qubadlı rayon  İcra Hakimiyyətinin başçısı Malik İsaqov,Milli Məclisin deputatı İmamverdi İsmayılov, RİH aparatının məsul işçiləri idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri  iştirak edirdilər. Bayram şənliyindən öncə sərgiyə baxış keçirildi daha sonra yandırılmış tonqal ətrafında məcburi köçkünlərlə görüşən Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov onları bayram münasibətilə təbrik etdi. Başçı qeyd etdi ki, Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində qeyd olunur. Novruz bayramında qədim ənənələrin qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov vuğuladı ki, Qubadlı camaatı ümummilli lider Heydər Əliyevin siyasətinə daim sadiqdir və onun layiqli davamçısı Prezident İlham Əliyevi hər zaman dəstəkləyir. Belə bir inam ifadə edildi ki, Möhtərəm Prezidentimizin apardığı siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək və belə çərşənbə tonqalları hər kəsin öz yurdunda, öz həyətində alovlanacaq.
Şənliyə dəvət olunmuş  Respublikanın tanınmış incəsənət xadimlərinin Aşıq Əli,Sevinc Sarıyeva,Tağı Salehoğlu, Namiq Məna, Zahid Qubadlı və rayonun  Bərgüşad  ansambulunun  üzvlərinin ifasında şən mahnılar səsləndirildi. Novruzun simvolu olan Kosa və Keçəlin, kəndirbazın əyləncəli hərəkətləri tədbirə  xüsusi rövnəq verdi. Bayram tonqalı ətrafında xalq rəqsləri ifa edildi.

Keçidlər