Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı məktəbliləri “Ölkəmizi tanıyaq” devizi altında cənub bölgəsində tur-aksiyada iştirak ediblər.

30 mart 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin 9-11-ci sinf şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən  tur-aksiyaların növbəti mərhələsi 2017-ci ilin mart ayında  başlamışdır.
Keçirilmiş bu tur-aksiyada Qubadlı rayon məktəbliləri  arasında biliyi və istedadı ilə seçilən nümunəvi 20 nəfər məktəbli 23 mart 2017-ci il tarixdə dörd gün müddətinə Lənkəran-Masallı-Astara istiqamətində yola düşdülər. Yolasalma mərasimində rayon İcra Hakimiyyətinin məsul şəxsləri,  təhsil işçiləri və valideynlər iştirak etdilər.Tur iştirakçılarına yaxşı yol arzulayaraq Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai –siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xoşqədəm xanım Alıyeva   bildirdi ki, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq”  tur-aksiyası gənclərin vətənpərvərlik, tarixi –mədəni irsimizə hörmət  ruhunda tərbiyyə olunmasına, məktəblilərin  dünyagörüşlərinin daha da zənginləşməsinə xidmət etmək məqsədi daşıyır. Bu tur-aksiyanın həyata keçirilməsinin Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, əsrlərlə qorunub saxlanan adət-ənənələrinin, eləcə də müstəqillik illərində qazandığı nailiyyətlərin yaxından öyrənilməsində mühüm əhəmiyyəti var. Həmçinin tur-aksiya vasitəsilə şagirdlər tədrisdə qazandıqları nəzəri biliklərini möhkəmləndirəcəklər.
Şagirdlər tur-aksiyada vaxtlarını səmərəli keçirməklə yanaşı, Azərbaycanın cənub  bölgəsinin qədim tarixi-memarlıq abidələri, muzey və mərkəzləri ilə daha yaxından tanış oldular. Tur-aksiya çərçivəsində Lənkəran rayonunda  “Qoşaqala” qapıları, Həzi Aslanovun ev-muzeyi,  Hirkan Milli Parkı, Xanbulan gölü, Astarada şəhər bulvarı, və “Astaraçay” çay fabriki, Masallıda Tarix-Diyarşünaslıq Muzeyi,  Dövlət Rəmzləri Muzeyi, “ASAN həyat” kompleksi ilə tanış oldular.
2017-ci ilin mart ayının 27-də başa çatan tur-aksiyanın iştirakçıları Lənkəran, Masallı, Astara rayonlarından xoş təəssüratlarla qayıtdılar.
Tur iştirakçıları onlara yaradılan bu şəraitə görə dövlətimizin başçısına minnətdarlıq etdilər.

Keçidlər