Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayonundan olan abituriyentlərin uğurları fərəh doğurur

12 sentyabr 2011 | 15:00

Qubadlı rayonunun orta məktəblərinin məzunları bu il ölkəmizin ali məktəblərinə qəbul imtahanlarında yüksək nəticələr göstərmişlər. Rayon abituriyentlərinin 42 faizi tələbə olmuşdur. Qəzyan kənd məktəbinin məzunu Qürbət Cavadov ən yüksək nəticə göstərmişdir. O, qəbul imtahanlarında 681 bal toplayaraq Tibb Universitetinə daxil olmuş və Prezident təqaüdünə layiq görülmüşdür. Bu barədə Qubadlı rayon təhsil işçilərinin sentyabrın 12-də keçirilmiş konfransında məlumat verilmişdir.
Rayon təhsil şöbəsinin müdiri Afət Allahverdiyeva  bildirmişdir ki, bu il orta məktəbi bitirmək haqqında attestat almış 380 məzundan 324-ü təhsilini ali məktəblərdə davam etdirmək arzusunda olduğunu bildirmişdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə bu il Qubadlı rayonundan olan abituriyentlərin 42 faizi qəbul imtahanlarını uğurla verərək tələbə adı almışlar. Onlardan 4 nəfəri Türkiyə və Rusiyanın ali məktəblərində təhsil alacaqlar.
Rayon təhsil şöbəsinin rəhbəri qeyd etmişdir ki, 2011-ci ildə mərkəzləşdirilmiş buraxılış imtahanlarına buraxılmış 406 nəfər 11-ci sinif şagirdinin 93,5 faizi imtahanları uğurla vermişdir.
Rayonun bütün təhsil müəssisələri yeni dərs ilində şagirdləri qəbul etməyə hazırdır. A.Allahverdiyevanın sözlərinə görə, əsaslı təmir edilmiş tədris müəssisələrinin sayı ilbəil artır. Yeni dərs ilində 2 nömrəli orta məktəb əsaslı təmir və yenidənqurma işlərindən sonra öz qapılarını şagirdlərin üzünə açacaqdır.
 

Keçidlər