Milli Qurtuluş Günü münasibətilə Qubadlı rayonunda keçirilən tədbir haqqında məlumat
Hər il olduğu kimi bu il də Milli Qurtuluş günü ilə əlqədar olaraq Qubadlı rayonunda silsilə tədbirlər keçirilir.
Qubadlı rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Televiziyasının birgə təşkilatçılığı ilə növbəti tədbir 14 iyun 2017-ci il tarixdə rayon 28 May Mədəniyyət Evində keçirildi. Tədbirdə RİH başçısı cənab Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar, 4-cü İslam Həmrəylik oyunlarında qızıl medal qazanmış İslam Abbasov, Talıbov Elçin Kalam oğlu və bürünc medala layiq görülmüş Talıbov Natiq Kalam oğlu və digər idmançılar iştirak edirdilər.
Tədbirdə qeyd olundu ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. АХЪ-Мцсават ъцтлцйцнцн йаратдыьы щяръмярълик Азярбайъаны парчаланмаг тящлцкяси иля цз-цзя гоймушду.Вязиййятдян чыхыш йолуну тапа билмяйян игтидар халгын диггятини йайындырмаг цчцн щяр васитяйя ял атырды. Бу дюврдя Нахчывана рящбярлик едян Щейдяр Ялийевин ъясарятли сийасят йеритмяси Азярбайъан халгынын дигятини ъялб едир, она олан цмидляри даща да артырырды.
Qeyd edildi ki, 1991-1993-cü illərdə iqtidarlar tərəfindən dövlətçilik üçün son dərəcə zəruri olan bir çox tədbirlərin həyata keçirilməməsi ağır nəticələrə səbəb oldu. Azərbaycan Vətəndaş müharibəsinin astanasına sürükləndi, qardaş qanı axıdıldı, ölkəmiz parçalanmaq məqamına yetişdi.
Lakin Azərbaycan xalqı bu çətin dönəmdə öz xilaskarına – Heydər Əliyevə üz tutaraq onu hakimiyyətə dəvət etdi. Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı dövlətçiliyimizi xilas etdi. Ulu öndər fenomenal idarəçilik bacarığı ilə Azərbaycanı fırtınalardan qurtardı. Müstəqilliyimizin əbədiliyini təmin etdi.
Bildirildi ki, bu gün ölkəmizdə əsası ulu öndərimiz tərəfindən qoyulan siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanda bərqərar olmuş davamlı inkişaf Azərbaycanın müasir sıçrayışlı tərəqqisinin əsasını təşkil edən yeni fenomenin qətiyyətlə özünütəsdiqindən xəbər verir. Bu, İlham Əliyev fenomenidir.
Tədbirdə 15 iyun gününün xalqımızın tarixində möhtəşəm bir yer tutduğunu qeyd edildi. Bildirildi ki, 1993-cü ilin 15 iyunundan başlayan və bu gün Azərbaycan Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə davam və inkişaf etdirilən siyasət sayəsində Azərbaycan beynəlxalq müstəvidə özünün layiqli yerini tutmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə sosial-iqtisadi sahədə ölkəmiz analoqu olmayan uğurlara imza atır. Bu uğurlar Qubadlı rayonunun həyatında da özünün bariz təsdiqini tapır. Rayonun əhalisi bu siyasəti tam mənada müdafiə edir. İnanırıq ki, məhz bu siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaqdır.
Tədbir Respublikanın və rayonumuzun tanınmış incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı ilə davam etdirildi.