Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularının peşə bayramı

23 iyun 2017 | 16:00

23 iyun 2017-ci il tarixdə rayon İcra hakimiyyətinin iclas zalında dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, rayonun idarə, müəsisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbiri açıq elan edən rayon İcra hakimiyyətinin başçısı Malik İsaqov dövlət qullugunda çalışanları “Dövlət qulluqçularının peşə bayramı” münasibətilə təbrik etdi. Başçı qeyd etdi ki, 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb. Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynayır. Başçı qeyd etdi ki, hər il Dövlət qulluğçularının peşə bayramı münasibətilə 100-lərlə Dövlət qulluqçusu Azərbaycan Respublikasının Prezidenti tərəfindən orden və medallarla təltif edilir. Bu il də Qubadlı rayonundan dövlət qulluğunda uzun müddət səmərəlli çalışmış Həmzəli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Mikayılov Qadir Kazım oğlu “Tərəqqi” medalı ilə təltif  edilmişdir.
Sonra tədbirdə çıxış edən rayon prokuroru Qoşqar Əhmədov, rayon inzibati ərazi dairəsi üzrə nümayəndələri Mehman Məmmədov, Cəfər Rəsulov dövlət qulluqçuları adından göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirlər.
Sonda Dövlət qulluğunda fərqlənən işçilər rayon İcra hakimiyyəti Başçısının fəxri fərmanlarıyla təltif etdi.

Keçidlər