01 iyul 2017-ci il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında Polislərin peşə bayramı qeyd olundu.
Tədbirdə RİH başçısı cənab Malik İsaqov, rayon Polis şöbəsinin rəisi Bəhruz Cabbarov və digər hüquq mühafizə orqanları rəhbərləri iştirak edirdilər.
Tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyev rayon icra Hakimiyyətinin foyesindəki büstü önünə gül dəstələri qoyaraq ehtiramlarını ifadə edilər. Sonra tədbir akt zalında davam etdirildi. İclas açıq elan edildikdən sonra polisləri peşə bayramı münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı Malik İsaqov qeyd etdi ki, müstəqil dövlətimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisinin 99 yaşı tamam olur. Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb. 1998-ci ildən isə iyulun 2-si prezident Umummili lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Başçı bildirdi ki, Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olmuşdur. Polisin sıralarında xeyli sayda "Milli Qəhrəman" adına, habelə orden və medallarla təltifə layiq görülənlər vardır. Qubadlı rayon polsislərinin də vətən torpağının müdafiəsi uğrunda döyüşlərdə qəhrəmanlıq vuruşmuş, onlardan 12 nəfəri şəhid olmuş, 2 nəfəri isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, bir necə polis nəfəri isə orden və medallarla təltif olunmuşdur.
Sonra tədbirdə çıxış edən rayon Polis şöbəsinin rəisi Bəhruz Cabbarov cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılır. Bu gün Qubadlı rayon polis şöbəsi 85 polis nəfəri ilə rayonda insanların təhlükəsizliyini qoruyaraq, cinayətkarlığa qarşı mübarizə aparırlar. Bəhruz Cabbarov çıxışında ölkə və rayon rəhbərliyinə polislərə göstərilən diqqət və qayğıya görə polislər adından minnətdarlığını bildirdi.
Sonda iki polis nəfəri rayon Icra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olundu.