Qubadlı rayon İcra Hakimiyyətində keçirilən 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş hesabat yığıncağı
02 avqust 2017-ci il tarixində Qubadlı rayon Icra Hakimiyyətində cari ilin birinci yarısının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda rayon İcra Hakimiyyətinin Başçısı cənab Malik İsaqov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Yığıncağı açıq elan edən rayon İcra Hakimiyyətinin Başçısı cənab Malik İsaqov ölkədə 2017-ci ilin 6 ayı ərzində əldə olunan nəticələrdən bəhs edərək bildirdi ki, ölkə uğurla inkişaf edərək nəzərdə tutulmuş proqnozların yerinə yetirilməsi təmin edilmişdir
Sonra RİH baçısının müavin Allahverdi Haxverdiyev Rayonda cari ilin 6 ayı ərzində görülmüş işlər barədə məruzə ilə çıxış etdi. Qeyd olundu ki, 2017-ci ilin birinci yarımilində sakinlərimizin məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər görülmüş və davam etdirilməkdədir. Rayon İcra hakimiyyətinin köməkliyi ilə Bakı şəhəri, Xəzər rayonunda sanatoriya binasında məskunlaşan 8 ailəmizə Abşeron rayonu, Masazır qəsəbəsində yeni mənzillər verilmiş, həmin ailələrin mənzil problemi aradan qaldırılmışdır. Sumqayıt şəhərində Şəfa” sanatoriyasının, 10 saylı Peşə Liseyinin binasının zirzəmisində olan sular təmizlənmiş, “Sumqayıt” mehmanxanasınının zirzəmisində Su və kanalizasiya xətləri təmir olunmuş, Sumqayıt şəhər köhnə Hərbi Komissarlığın binasında məskunlaşan Mahmudlu kənd ərazi dairəsi üzrə nümayəndəliyin sakininə evinin təmiri üçün 398 manat maddi yardım edilmiş, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində Mahruzlu kənd sakininin mənzilinə su və kanalizasiya xətti çəkilmişdir. Bunlardan əlavə, 1 saylı İnternat məktəbində məskunlaşan Qaracallı kənd sakininə hamamın təmiri üçün 170 manat, Beton zavod ərazisində məskunlaşan Qəsəbə şəhər sakininə dam örtüyünün təmiri üçün 288 manat, 48-ci məhəllədə məskunlaşan Mahruzlu kənd sakininə dam örtüyünün təmiri üçün 164 manat, 6-cı mkr Tədris kombinatının binasında məskunlaşan Tarovlu kəndindən olan şəhid ailəsinə hamam və dəhlizin təmiri üçün 200 manat, 76-cı məhəllədə məskunlaşan Xanlıq kənd sakininə dam örtüyünün təmirinə 242 manat, Sumqayıt şəhər 2-ci məhəllə 18 saylı uşaq bağçasında məskunlaşan Xocahan kənd sakininə yaşadığı məmzilin pəncərələrinin dəyişdirilməsi üçün 180 manat, Beton zavod ərazisində məskunlaşan Göyyal kənd sakininə dam ortüyü və tavanın təmiri üçün 213 manat, Katej məhəlləsi uşaq bağçasında məskunlaşan Qəsəbə şəhər sakininə 117 manat pul verilmiş, Qubadlı şəhər, Zilanlı,Xanlıq, Kavdadıq və Muradxanlı kənd sakinlərinə isə tikinti materialları ilə köməklik edilmişdir. Vətəndaşların müraciətləri əsasında rayon İcra Hakimiyyəti 12 müxtəlif yerlərdə fərdi evlərin tikintisinə icazə alınmışdır. Qubadlı şəhər sakini Allahverdiyev Mehman İman oğlu və onu ailə üzvləri 21 iyun 2017-ci il tarixdə Sumqayıt şəhəri Bakı-Dərbənd yolu ev şimali ünvanında yerləşən “MAXMUS”MMC-ə məxsus torpaq sahəsindən yaşadığı ev dağıdılaraq cıxarılmışdır. Rayon İcra Hakimiyyəti başçısı cənab Malik İsaqovun birbaşa tələbi və səyi nəticəsində məsələ dərindən araşdırılaraq “MAXMUS”MMC-nin rəhbərliyi ilə danışıqlar aparılaraq Allahverdiyev Mehman İman oğluna 20min manat pul alınıb verilmiş və 3 min manat kredit borcu şirkət tərəfindən banka ödənilmişdir.
Hesabat dövrü əhalinin aztəminatlı hissəsi də diqqətdə saxlanılmışdır. Rayon İcra hakimiyyətinin daxili imkanları hesabına 6 ay ərzində yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə və sair məsələlərlə bağlı aztəminatlı ailələrə 37 min 680 manat pul köməkliyi edilmişdir. Bundan əlavə “Novruz Bayramı”münasibətilə Sumqayıt şəhərindəki Tədris Kombinatında məskunlaşan 35 ailəyə və 40 nəfər xəstə, ahıl qocalara da İcra hakimiyyəti tərəfindən bayram sovqatı paylanmış, 33 aztəminatlı ailəyə ərzaq yardımları verilmişdir. Evi yanan Qaralar kənd sakininə 500 manat pul köməklik edilmişdir. Qələbənin 72 illik yubleyi münasibətilə 10 nəfər müharibə veteranına ümumilikdə 3500 manat verilmişdir. 1 İyun “Beynəlxalq Uşaqlar Günü” münasibətilə tədbirin keçirilməsi üçün rayon İcra Hakimiyyəti tərəfindən 900 manat pul köməklik edilmişdir.
Hesabat dövrü rayon İcra hakimiyyətinin fəaliyyət istiqamətlərindən biri də vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinin təşkil edilməsidir. Yarım il ərzində İcra hakimiyyətinə dövlət orqanlarından və vətəndaşlardan 55 yazılı müraciət daxil olmuşdur. İlin birinci yarısında kecirilən 15 səyyar qəbulda qeydə alınan 62 müraciətin 50-si müsbət həll edilmiş, 12-nə müvafiq izahat verilmişdir. Hesabat dövrü keçirilən 22 qəbulda İcra Hakimiyyəti başçısı tərəfindən 384 vətəndaş qəbul edilmişdir. 235 vətəndaş müraciəti müsbət həll edilmiş, 144 vətəndaşa müvafiq izahat verilmiş, 5 müraciət isə aidiyyatı qurumlara baxılmaq üçun göndərilmişdir.
Sonra çıxış edən rayon Komunal Müəssisələr Kombinatının müdiri İlham Hümbətov, Xanlıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Valeh Rüstəmov, rayon Məşğulluq mərkəzinin direktoru Cəfər Ağayev ölkə və rayon rəhbərliyinin qarşıya qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsinə səylə çalışacaqlarını bildirdilər.
Ərazi İdarəetmə və yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsinin müdiri : Rəşad Salmanov.