Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci il dönümü və YAP Qubadlı rayon təşkilatının VIII konfransı

14 oktyabr 2017 | 16:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci il dönümü və
YAP Qubadlı rayon təşkilatının VIII konfransı
haqqında
Oktyabr ayının 14-də Sumqayıt şəhərində yerləşən Qubadlı RİH-nin iclas zalında Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci il dönümü və  YAP Qubadlı rayon təşkilatının VIII konfransı münasibətilə tədbir keçirilib. Konfransda Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputat Eldar İbrahimov,  Partiyanın  Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev və digər qonaqlar iştirak ediblər.  Konfrans nümayəndələri və qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib,  gül-çiçək dəstələri qoydular. Sonra tədbir Dövlət himnin səsələnməsilə açıq elan edildi və YAP-nın yaranmasının 25-ci il dönümunə həsr olunmuş videoçarx nümayiş olundu.
Tədbirin rəsmi hissəsində YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev çıxış edərək bildirib ki, müasir müstəqil Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və sədaqətlə davam etdirilməsi nəticəsində  ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir: “Bu tərəqqini hər bir Azərbaycan vətəndaşı rifah halının yüksəlməsi, özünün sosial vəziyyətinin yaxşılaşması şəklində görür və hiss edir. Eyni zamanda bütün regionlarımızda genişmiqyaslı  abadlıq və quruculuq işlərinin aparılması, mövcud problemlərin həll edilməsi, kəndlərimizin, şəhərlərimizin yenidən qurulması ölkəmizin sürətli inkişafına əyani sübutdur. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan regionun lider dövlətinə çevrilməklə bərabər, həm də beynəlxalq aləmdə güclü dövlət və etibarlı tərəfdaş kimi tanınmışdır. Yeni Azərbaycan Partiyasının memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan gündən-günə inkişaf edir, yeni nailiyyətlərə imza atır. Azərbaycan dünya miqyasında idman, multikulturalizm, dini, milli tolerantlıq və bir çox digər sahələr baxımından nümunəvi ölkəyə çevrilib”.  A.Haxverdiyev bildirdi ki, hesabat dövründə YAP Qubadlı rayon təşkilatı hesabat dövrü ərzində öz fəaliyyətini partiyanın Nizamnaməsi və Proqram müddəalarının, Yeni Azərbaycan Partiyasının qurultaylarının qərarlarının, İcra Katibliyinin tapşırıq və tövsiyələrinin rəhbər tutulması əsasında tam dəqiqliyi ilə həyata keçirmişdir. Hazırda rayonda 80 ərazi ilk partiya təşkilatı, 3371 nəfər üzvü vardır ki, onlardan 1838-i qadın, 1533 nəfəri isə kişidir. Partiya üzvünün 1326 nəfərini gənc təşkil edir.
Sonra konfransda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov YAP ölkənin siyasi həyatında əvəzolunmaz rolundan bəhs edərək bildirdi ki, YAP çətin dönəmlərdə yaranmışdır. Həmin dövrdə Azərbaycanın gələcəyini düşünən 91 nəfər ziyalının ümummilli lider Heydər Əliyevə müraciət etmişdir. Məhz bu müraciətdən sonra Naxçıvanda 550 nəfər nümayəndənin iştirakı ilə 1992-ci ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bununla Azərbaycanın xilas edilməsi mərhələsi başlanmış oldu. Xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan tarixində növbəti mühüm tarixi hadisə oldu. Bu gün əsası o zaman dahi lider Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində ölkəmiz bütün sahələr üzrə sürətlə inkişaf edir, gözəlləşir, güclənir. Sevindirici haldır ki, bu uğurlu və xilaskar siyasət dahi liderin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.
Konfransada çıxış edən Milli Məclisin deputatı Eldar İnrahimov Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu illər ərzində ölkə həyatında əhəmiyyətli dəyişikliklər müşahidə olunduğunu və hər bir vətəndaşın yaşayış səviyyəsində  ciddi irəliləyişlər baş verdiyini vurğuladılar. Qeyd olundu ki, bu gün qürur hissi ilə qeyd etməliyik ki, artıq Yeni Azərbaycan Partiyasının sıralarında 700 mindən çox vətəndaşımız birləşib. Azərbaycan tarixində indiyə qədər 700 min üzvü olan siyasi təşkilat olmayıb. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı bu siyasəti və inkişafı daha da sürətləndirərək, respublikamızın bütün dünyada tanınmasına nail olub. Sözsüz ki, bu inkişafın önündə YAP lokomotiv kimi çıxış edərək xalqın rifahına xidmət edir və bundan sonra da edəcəkdir.
Sonra konfransda  təşkilati məsələlərə baxıldı və Allahverdi Haxverdiyev  yenidən YAP Qubadlı rayon təşkilatının sədri seçildi. Konfransda,  həmçinin sədrin müavinləri, rayon təşkilatının 15 nəfərdən ibarət İdarə Heyəti, 25 nəfərdən ibarət Şura və 5 nəfərdən ibarət Nəzarət-təftiş qrupu formalaşdırıldı.
Sonda rayonun ictimai siyasi həyatında iştirak edən bir qrup rayon sakininə “Fəxri Fərmanlar” təqdim olundu, partiyanın sıralarına yeni qəbul olmuş şəxslərə isə YAP partiyasının üzvülük vəsiqələri verildi.

Keçidlər