Şriftin ölçüsü :

Saytın rəngi :

2 iyul- Azərbaycan Polisi Günü ilə əlaqədar tədbir keçirildi

01 iyul 2023 | 16:32

01 iyul 2023-cü il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə RİH-nin inzibati binasında 2 iyul- Azərbaycan Polisi Günü münasibətilətədbir keçirildi. Tədbirdə RİH-nin başçısı cənab Malik İsaqov, hüquq-mühafizə orqanları, icra Hakimiyyətinin məsul işçiləri və keçmişpolis işçiləri iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayon icra Hakimiyyətinin foyesindəki büstü önünə gül dəstələri qoyaraq ehtiramlarını ifadə etdilər. Sonra tədbir müşavirə zalında davam etdirildi.

Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov 2 iyul- Azərbaycan Polisi Günü münasibətilə bütün Polislərin peşə bayramını təbrik etdi, müstəqil dövlətçiliyimizin qorunmasında, ölkəmizdə sabitliyin təmin edilməsində Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu bildirdi. RİH başçısı Malik İsaqov qeyd etdi ki, müstəqil dövlətimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisinin 105 yaşı tamam olur. Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb.Azərbaycan polisinin müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olub. 1998-ci ildən iyul ayının 2-si Ümummili Lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Ulu öndər Azərbaycana rəhbərliyi dövründə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı önəmli qərarlar qəbul edib. Bu gün də Prezident İlham Əliyev polis işçilərinə diqqət və qayğı ilə yanaşır. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Bu da polislərimizin peşəkarlığını, məsuliyyət hissini artırmaqla yanaşı, onlara daha yaxşı xidmət göstərmək üçün əlavə güc verir.

Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd etdi ki, Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Qubadlı rayon polisləri də torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşmuşdur. I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şəhidlərimizdən 12 nəfəri Polis əməkdaşı olmuş, onlardan Mirzəyev Kərəm Ərşad oğlu və Əliyev Vasili Əhməd oğlu Azərbaycanın Milli Qəhrəmanıdır.

44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur.

Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində  qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.

Tədbirdə rayon Polis idarəsində şəxsi heyətlə iş üzrə rəisin köməkçisi, polis kapitanı Cavid Paşazadə məruzə ilə çıxış etdi.

Sonra tədbirdə çıxış edən rayon Prokuroru Ceyhun Qurbanov, keçmiş Polis işçiləriNizami Əhmədov, Azim Abbasovvə Qafqaz Dəmirovbildirdilər ki, Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.Çıxış edənlər ölkə  başçısına və rayon rəhbərliyinə polislərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Sonda RİH başçısıMalik İsaqov fəal polis nəfərlərinərayon Icra  Hakimiyyəti başçısının fəxri fərmanlarını, keçmiş polis işçilərinə isə qiymətli hədiyyələr təqdim etdi.

Keçidlər