Şriftin ölçüsü :

Saytın rəngi :

“Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” bayramı münasibətilə tədbir

30 dekabr 2017 | 16:00

“Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və
“Yeni il” bayramı münasibətilə tədbir

29 dekabr  2017-cı il tarixində Sumqayıt şəhərində yerləşən “Bəyaz Saray” şadlıq evində Qubadlı RİH və AZTV-nin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı eləcədə Bərgüşad Qəzetinin 80 illiyi münasibətilə təntənəli tədbir keçirilmişdir. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri,şəhid ailələri, Qarabağ müharibəsi əlilləri,Bərgüşad qəzetinin əməkdaşları, idmançılar və  gənclər iştirak edirdi.
Bayram tədbiri açıq elan edildikdən sonra, rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov təbrik nitqi söylədi. Başçı bildirdi ki, Azərbaycanın tarixinə uğurlu il kimi daxil olan 2017-ci ildə respublikamızın regional və qlobal əhəmiyyəti daha da artmış, xalqımızın sosial rifah halı yüksəlmişdir. Qürur hissi ilə qеyd еtmək lаzımdır ki, rаyоnumuzun əhаlisi də bu prоsеsdə dövlətimizə sаdiqlik mövqеlərini bir dаhа sübut еtmişdilər. İl ərzində rayonda  205 yeni iş yeri açılmışdır. Ümumiyyətlə, son 14 ildə rayon üzrə   yeni yaradılan iş yerlərinin sayı 3 min 758-ə çatdırılmışdır. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasının  Prezidenti tərəfindən cari ildə məcburi köçkünlər üçün Sumqayıtda, Bakıda,Masazırda, Ramanada yeni şəhərciklərin salınması  layihələri də icra olunmaqdadır. Artıq  demək  olar  ki , Xəzər və Xətai rayonlarında yarımçıq   tikilmiş  binalarda   məskunlaşan   214   ailə Masazır, Ramana   və   Mehdiabad qəsəbələrində yeni inşa olunmuş mənzillərə köçürülür. Rayon İcra hakimiyyətinin köməkliyi ilə Bakı şəhəri, Xəzər rayonunda sanatoriya binasında məskunlaşan 13 ailəmizə Abşeron rayonu, Masazır qəsəbəsində yeni mənzillər verilmiş, həmin ailələrin mənzil problemi aradan qaldırılmışdır.Bir məsələni də sevindirici və qürurverici  hal  olaraq  diqqətinizə çatdırmaq istəyirəm ki, bu ilin may ayında Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi donanmasının“Qubadlı” adlı  yeni təchizat  gəmisinin istismara  verilməsi mərasimi  keçirilmişdir. 5 oktyabr 2017-ci tarixdə “Beynəlxalq Müəllimlər günü” Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Ramana qəsəbəsində müasir tələblərə cavab verə biləcək Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbin açılış mərasimi  keçirilmişdir. Bu il məktəbi bitirən 491 məzundan 419 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmişdir. Dövlət  İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarının nəticələri də uğurlu və ürək açan  olmuşdur. İlk dəfə olaraq IX siniflərdə 6 nəfər, XI siniflərdə isə 26 nəfər məzun fərqlənmə attestatlarına layiq görülmüşdür. Məzunlardan  301 nəfəri yəni 71,8 faiz ali məktəblərə qəbul olmuş, qəbul olanların 49 nəfəri 500-600 arası bal, 16 nəfəri isə 600-700 arası bal toplamışdır.Rayon İcra Hakimiyyətinin təşəbbüsü və yaxından köməkliyi ilə 8 Mart Beynəlxalq Qadınlar günü, Novruz Bayramı şənliyi, Ümummilli Lider H.Əliyevin anadan olmasının 94-cü il dönümü, Milli qurtuluş günü, Beynəlxalq Müəllimlər günü, Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin 60 illik yubileyi münasibətilə keçirilən tədbirlər, əhatəliliyi və rəngarəngliyi ilə fərqlənmiş, çoxsaylı tamaşaçılar tərəfindən razılıqla qarşılanmışdır.Eyni zamanda Bərgüşad qəzetinin 80 illiyi münasibəti ilə “Bərgüşad 80” adlı kitab çapa hazırlanır və bu münasibətlə də Azərbaycan Respublikası Prezidenti İstimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov və Azərbaycan Mətbuat Şurasının sədri Milli Məclisin deputatı Əflatun Amaşov təbrik məktubu ünvanlamışdır.
   Sonra tədbir İncəsənət xadimlərinin ifası  ilə təşkil olunmuş bayram konserti ilə davam etdirildi.

Keçidlər