Şriftin ölçüsü :

Saytın rəngi :

XOCALI – QAN YADDAŞIMIZ

24 fevral 2018 | 16:00

XOCALI – QAN YADDAŞIMIZ

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xocalı faciəsinin 26-ci ildönümünün keçirilməsi ilə bağlı” imzaladığı Sərəncama uyğun olaraq Qubadlı rayonun idarə, müəssisə və təşkilatlarında da Xocalı  faciəsinin 26-ci il dönümünə həsr olunumuş silsilə tədbirlər keçirilir. Bu tədbirlərin yekunu olaraq 24 fevral 2018-ci il tarixdə Qubadlı rayon Bəhmən Mehdiyev adına  Şəhər 2 saylı tam orta məktəbdə Xocalı faciəsinin 26-ci ildönümünə həsr olunmuş  ümumrayon tədbiri keçirildi. Tədbirdə RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri, eyni zamanda bu il Xocalı faciəsinə həsr edilmiş “Qırğın” kitabının müəllifi Əliağa Cəfərov iştirak edirdi. Tədbir açıq elan edildikdən sonra videoçarx nümayiş olundu. Tədbirdə qeyd olundu ki, tarixən Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirən erməni millətçiləri öz vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək dinc əhaliyə divan tutmuşdular. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağ ərazisindəki ermənilərin qeyri-qanuni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayın şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücuma keçərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmişdir. Bu təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş müdhiş cinayətdir. 613 nəfər şəhid oldu, onlardan 106 nəfəri qadın, 56 nəfəri azyaşlı uşaq idi. 59 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi, 487 nəfər şikəst, 1000 nəfərdən çox şəhər sakini əlil oldu, 8 ailə bütövlüklə məhv edildi. 25 azyaşlı uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. 1275 nəfər əsir və girov götürüldü, əsir düşənlərdən 150 nəfərin (o cümlədən 68 qadının və 26 uşağın) taleyi bu günədək məlum deyil. Şəxsi və dövlət əmlakına külli miqdarda maddi ziyan dəymişdir.
Xocalı soyqırımının dünyaya çatdırılması bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatlar qəbul etdiyi bir sıra sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır. Bu baxımdan Heydər Əliyev Fondunun  gördüyü işlər olduqca təqdirəlayiqdir. Hazırda Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəldilmiş anım tədbirləri, 60-dan çox ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası da bu işə öz töhfəsini verməkdədir. 2008-ci il mayın 8-də başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası Xocalı faciəsini  artıq dunyanın bir sıra olkələri – Meksika, Pakistan, Kolumbiya və digər 12 ölkə, o cümlədən ABŞ-nın 22 ştatı Xocalı soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıyan qətnamələri qəbul etmişlər.
Sonda “Xocalı soyqırımı”na həsr olunmuş ədəbi-bədii kompazisiya nümayiş olundu.

Keçidlər