Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident seçkiləri

12 aprel 2018 | 16:00

11 aprel 2018-ci il tarixində keçilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində 125 saylı Zəngilan-Qubadlı (26 məntəqə) və 120 saylı Cəbrayıl-Qubadlı dairələri uzrə Qubadlı rayonundundan olan seçicilər  yüksək fəallığı ilə seçilmişlər. Seçicilərin 73.9% semkilərdə iştirak etmişlər. Ən maraqlısı isə, seçkilər keçirilən gün 108 yaşlı seçici Məsdan Əsədova özü şəxsən seçki məntəqəsinə gələrək öz seçki hüququndan istifadə edib. Eyni zamanda sözügedən dairələr üzrə ilk dəfə olaraq Zöhrab Azəri və Humayın Atakişiyeva da səs verib
Prezident seçkilərinin nəticələri Qubadlı rayonunda yüksək səviyyədə qeyd olundu. Sumqayıt şəhəri 28 May mədəniyyət evinin qarşısında təşkil olunmuş tədbirdə rayon fəalları, gənclər, ictimaiyyət nümayəndələri iştirak edirdilər. 
Tədbiri açıq elan edən Allahverdi Haxverdiyev ilk öndə iştirakçıları Prezident seçkilərinin nəticələri münasibətilə təbrik edərək, qeyd etdi ki, rayon üzrə seçicilər 2 seçki dairəsi – 125 saylı Zəngilan-Qubadlı və 120 saylı Cəbrayıl – Qubadlı seçki dairələri üzrə, bilavasitə Qubadlı rayonuna aid 28 seçki məntəqədə səs vermişlər.  Məntəqələrdən 26-sı 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinə aiddir. Bu dairəyə aid olan 10 məntəqədə  Bakı şəhərində 6 min78 seçici, Sumqayıt şəhərində 15 məntəqədə 6 mim 202 seçici  1-i isə Xırdalan şəhərində 1212 seçici vardır.  120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsi üzrə bilavasitə Qubadlı rayonuna aid 2 seçki məntəqəsi var. Məntəqələrin hər ikisi Bakı şəhərindədir və bu iki məntəqənin seçici siyahılarına 1332 nəfər seçici daxildir. Seçki siyahılarında dəqiqləşdirilmələr zamanı müəyyən olunmuşdur ki, rayon üzrə 100 yaşdan yuxarı 7 nəfər, 80-100 yaş arası 815 nəfər, ilk dəfə səs verənlər isə 637 nəfərdir. 11 aprel 2018-ci il tarixdə seçki günü 18 yaşı tamam olan 3 nəfərdir. Allahverdi Haxverdiyev vurğuladı ki, hazırki tarixdə rayonda 25 min 217 nəfər seçici var.. Beynəlxalq təşkilatlarn nümayəndələrindən ibarət müşahidəçilərin də iştirak etdiyi seçkilərdə iştirak edən seçicilərin 86%-dən çoxu cənab İlham Əliyevi dəstəkləyərək Azərbaycan Respublikası Prezidenti olmasına səs vermişlər. Bu onun göstəricisidir ki, rayon sakinləri ölkədə aparılan demokratik islahatları, iqtisdadi inkişafı bəyənir və birmənalı olaraq müdafiə edirlər.
Sonra tədbir incəsənət ustalarının ifasında musiqi proqramı ilə davam etdirilmişdir

Keçidlər