Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş hesabat yığıncağı

26 aprel 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağında irəli sürülmüş müddəa və göstərişlərlə əlaqədar  rayonun icra strukturlarının, idarə, müəssisə və təşkilatlarının vəzifələrinə dair rayon İcra Hakimiyyətinin
Hesabatı
  
  İlk öncə 11 aprel 2018-ci tarixdə keçirilən növbədənkənar prezident seçkilərində  inamlı qələbəsi münasibətilə cənab İlham Əliyevi Qubadlı rayon sakinləri və içtimaiyyəti adından təbrik edir, Azərbaycan  xalqının  rifahı naminə prezidentlik fəaliyyətində  ona  yeni  uğurlar  arzulayırıq.  
Rayon əhalisi həmişə olduğu kimi dövlətçilik ənənələrinə sədaqətli olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətini ürəkdən bəyənərək müdafiə etmişlər. Sakinlərimiz bunu bir daha 11 aprel 2018-ci il tarixində keçirilən Prezident seçkilərində  təsdiq etdilər. Rayona aid bütün məntəqələrdə seçkilər baş tutmuş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Rayon seçiciləri seçkidə fəallıqla iştirak etmişlər. Bu o deməkdir ki, Azərbaycan xalqı Prezident  cənab İlham Əliyevə inanır, güvənir və etimad göstərir.
Məlum olduğu kimi aprel ayının 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir. Əhatəli və dərin təhlilə əsaslanan nitqində ölkə prezidenti birinci rübün siyasi və iqtisadi mənzərəsini diqqətə çatdırmış, qeyd etmişdir ki, 2018-ci ildə də ölkəmiz üçün uğurlu olacaq və birinci rübün yekunları bunu deməyə əsas verir.
Keçirilən yığıncağımız cari ilin birinci rübünün yekunlarına həsr olunmuşdur.
  Hazırki vəziyyətə görə rayon əhalisi respublikanın 41 müxtəlif şəhər və rayonunda məskunlaşmışdır. Cari ilin 01 aprel vəziyyətinə  rayon əhalisinin sayı 37 min 700 nəfərdir.  Əhalinin 49 %-ni kişilər, 51 % -ni isə qadınlar təşkil edir. Rüb ərzində 97 nəfər doğulmuş, 62 nəfər isə vəfat etmişdir. Təbii artım 35nəfərdir. Rayona qeydiyyata düşənlərin sayı 90 nəfər, gedənlərin sayı isə 30 olmuşdur. Cari ilin birinci rübündə 38 nigah bağlanmış, 18  boşanma halı olmuşdur.
Rayonda  20 min 200 nəfər əmək qabiliyyətli əhali var. Cari ilin birinci rübündə  49 yeni iş yeri açılmışdır. Ümumiyyətlə son 14 ildə rayon üzrə   yeni yaradılan iş yerlərinin sayı 3 min 754-ə çatdırılmışdır.
2018-ci ilin birinci rübündə sakinlərimizin məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilmişdir. Rayon İcra hakimiyyəti başçısının müxəlif yerlərdə keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müəyyən işlər görülmüşdür.
     Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Sumqayıt şəhəri, 11-ci mikrorayon, 32 saylı binanın arxasında yerləşən köhnə mağaza binasının 1200 kvadrat metr dam örtüyü yenisi ilə əvəz olunmuş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, məcburi köçkünlərin məskunlaşdığı 29 və 30 saylı binaların qarşısına 300 kvadrat metr asfalt örtüyü döşənmişdir. Ceyranbatan bağları yaşayış massivində yerləşən Çardaxlı kənd tam orta məktəbinə gedən yol yenidən təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir.  “Sumqayıt” mehmanxanasında məskunlaşan Xanlıq kənd, 20-ci məhəllədə məskunlaşan Boyunəkər kənd sakinlərinin mənzillərinin dam örtüyü təmir olunmuş, “Xəzər” bağlarında məskunlaşan Cibikli, Xızı rayon Sitalçay kəndində məskunlaşan Həmzəli, “Yaşıldərə bağ massivi”ndə məskunlaşan Muradxanlı kənd sakinlərinə tikinti materialları ilə köməklik olunmuşdur. Sarıqaya massivində yerləşən “Əlvan Metallurgiya” sanatoriyasında məskunlaşan Hal kənd sakininə evinin su xətlərinin yenidən dəyişdirilməsi üçün 200 manat pul köməkliyi olunmuşdur. Bakı şəhəri, Nizami rayonu ərazisində məskunlaşan Çərəli kənd sakini, yaşadığı mənzil qəzalı vəziyyətdə olduğu üçün İcra Hakimiyyətinin köməkliyi ilə Müşfiq qəsəbəsində yerləşən məcburi köçkün şəhərciyində 4 otaqlı evlə təmin olunmuşdur.  Sakinlərimizin müraciətləri əsasında fərdi evlərin tikintisi üçün rayon İcra Hakimiyyətinin köməkliyi ilə 7 məcburi köckün ailəsinə icazələr alınmışdır. Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən 6A saylı yataqxana qəzalı vəziyyətdə oldugu üçün köçürülmə zamanı rayon İcra hakimiyyətinin təşəbbüsü və yaxından köməkliyi nəticəsində  rayonumuzdan olan 4 ailəyə, birinə 25min, digər 3 ailəyə isə 35min manat pul verilmişdir. Bunlardan əlavə rayon İcra hakimiyyətinin daxili imkanları hesabına il ərzində yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə, bir sıra tədbirlərin keçirilməsinə və sair məsələlərlə bağlı aztəminatlı ailələrə  20 min 660 manat pul köməkliyi edilmişdir.                                    
Dondarlı kənd sakini, vəfat etmiş kimsəsiz qadının bütün dəfn xərcini  rayon İcra Hakimiyyəti  daxili imkanlar hesabına  həyata  keçirərək  yas  mərasimi  və  ehsan  süfrəsi  təşkil  etmişdir.
Rayonun birinci rübdə yerli gəlirlərinin  proqnoz məbləği 412 min 603 manat, yerli xərclərin icrası isə 407 min 523 manata qarşı 342 min 669 manat və yaxud  84,1 % icra olunmuşdur.
01 aprel 2018-ci il tarixə kimi vergilər şöbəsində  1793 vergi ödəyicisi uçota alınmışdır ki, onların da hazırda 983-ü faktiki fəaliyyət göstərir.  Vergilər şöbəsi hesabat dövrü 501 min 500 manat plana qarşı 680 min 600 manat vəsait toplamışdır ki, bu da planın 135,7 %-i,  yəni 179 min 100 manat artıq vəsaitin daxil olması deməkdir.
Cari ilin birinci rübünün yekunlarının təhlili göstərmişdir ki, rayonda 7808 pensiyaçı qeydiyyatdadır. Onların 2447 nəfəri yaşa görə, 3958-i əlilliyə görə, 332 nəfəri ailə başçısın itirməyə görə, 1071 nəfəri isə sosial pensiya alır. Pensiyaların orta aylıq məbləği 198,67 manat təşkil etmişdir.  Hesabat dövrü əvvəlki vaxtlarda olduğu kimi pensiyaların, maaşların və digər müavinətlərin  ödənilməsində heç bir problem olmamışdır.
Rayon Təhsil şöbəsi də işini müvafiq Qanun və Təlimatlar əsasında qurmuş, qarşıya qoyulan vəzifələrin həllinə səy göstərmişdir. Hesabat dövrü Təhsil şöbəsində növbəti dərs ilinin yekununun yaxınlaşması ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirilmişdir. Respublika Təhsil Nazirliyinin müvafiq  əmrilə 2017-2018-ci dərs ili “Ümumitəhsildə keyfiyyət” ili elan olunmuşdur. “Keyfiyyət” ili çərçivəsində görülmüş işlər, həyata keçirilən tədbirlərlə bağlı şöbə tərəfindən Fəaliyyət Planı hazırlanaraq il ərzində icrası ciddi gündəmdə saxlanmışdır. Dövlət İmtahan Mərkəzi tərəfindən IX və XI  siniflərdə keçirilən mərkəzləşdirilmiş imtahanlara hazırlıq işlərinin aparılması da ciddi gündəmdə saxlanılmışdır. Şöbə tərəfindən IX siniflər üzrə  yanvar ayında mərkəzləşdirilmiş qaydada imtahan keçirilməsini həyata keçirilmişdir. Respublika Təhsil Nazirliyi tərəfindən istedadlı şagirdlərin aşkarlanması məqsədilə keçirilən olimpiadaların rayon mərhələsində 74 nəfər şagird yarımfinal mərhələsində iştirak hüququ əldə etmişdir.  Cari ilin mart ayında rayon İcra Hakimiyyətinin köməkliyi ilə rayon məktəbləri üzrə 20 nəfər ən yaxşı şagird “ Ölkəmizi tanıyaq” Respublika turunda iştirak edərək cənub bölgəsinə səyahətə getmələri təmin olunmuşdur.
Rayon Mərkəzi Xəstəxanasınının poliklinika şöbəsi 3 tibb məntəqəsi ilə birlikdə məcburi köçkünlərə tibbi xidmət göstərilməsi işini davam etdirərək rüb ərzində 5943 ambulator xəstə qəbul etmiş, onlardan  16 nəfər xəstəni stasionar müalicəyə, 15 nəfər isə sanator-kurort müalicəsinə göndərmişdir. 508 nəfər şəkərli diabet olan xəstələr dərman və tibbi ləvazimatla təmin edilmişdir. Heç şübhəsiz ki, birinci rübdə Poliklinikanın əsas işlərindən biri Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən pulsuz keçirilən kütləvi müayinə ilə bağlı aparılan işlərdir. Fevral ayının 10-dan mart ayının 31-dək olan müddətdə Poliklinika şöbəsində 7547 nəfər müayinə olunmuş, aşkar olunan 207 nəfər ambulator xəstədən 19 nəfəri stasionar müalicəyə göndərilmişdir. Tibbi müayinə işi may ayının 1-dək davam  edəcəkdir.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rayon nümayəndəliyi mədəni-kütləvi tədbirlərin daha mütəşəkkil keçirilməsinə səy göstərir. Nümayəndəlik üzrə birinci rüb ərzində keçirilən  44 tədbirdən  9-u ekskursiya, 7-si dəyirmi masa, 8-i sərgi, 4-ü ədəbi-bədii kompozisiya, 11-i isə konsert formatında olmuşdur. Bu tədbirlər içərisində rayon İcra Hakimiyyətinin təşəbbüsü və yaxından köməkliyi ilə keçirilən “Novruz” bayramına həsr edilmiş bayram tədbiri əhatəliyi və rəngarəngliyi ilə fərqlənmişdir. Yüksək səviyyədə təşkil olunan bayram tədbiri çoxsaylı tamaşaçılar tərəfindən razılıqla qarşılanmışdır.
Cari ilin birinci rübündə hüquq-mühafizə orqanları üzərlərinə düşən vəzifələri yerinə yetirmişlər. Asayişin qorunması təmin edilmiş, heç bir kriminogen durum qeydə alınmamışdır.
İlin 3 ayı ərzində kənd təsərrüfatı sahəsində də müəyyən işlər görülmüşdür. Rayon İcra Hakimiyyətinin köməkliyi ilə rayonda baramaçılığı inkişaf etdirmək üçün Füzuli və Sabirabad rayonları ərazisində əkilmiş  Çin Xalq Respublikasından gətirilmiş və yerli sortlardan olan tut tinglərinə yaz aylarında qulluq edilməsi məqsədilə bütün tədbirlər görülmüşdür. Bunlardan əlavə “Novruz bayramı”ərəfəısində rayon İcra Hakimiyyətinin yaxından köməkliyi ilə “Bayram Yarmarkası” təşkil edilərək rayonumuzdan olan sakinlərin oz mallarını rahat şəkildə,satmasını təşkil etmişdir.  Rayonda xüsusi ilə son illər arıçılığın inkişafındakı nailiyyətlər, arı ailələrinin sayının 5 min 200-ə yaxınlaşması onu deməyə əsas verir ki, bu sahə üzrə potensial var və onu hərəkətə gətirmək lazımdır.    
         Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsi tərəfindən yanvar ayında 20 nəfər hərbi xidmətə göndərilmiş, 322 nəfər gənc isə ilkin hərbi qeydiyyata alınmışdır. 3  nəfər gənc könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmətə yola salınmışdır.
  Gənclər siyasətinin rayonda ardıcıl həyata keçirilməsi üçün müntəzəm iş aparılır. Rayonun ictimai siyasi həyatında öz fəallığı ilə seçilən gənclərimizin böyük əksəriyyəti YAP-nın üzvləridir. Hər zaman olduğu kimi rayon gəncləri ölkə başçısının apardığı uğurlu siyasəti daim dəstəkləmişdir.
  Hesabart dövrü idmanın müxtəlif növləri üzrə rayon birincilikləri keçirilmiş və idmançılarımızın respublika səviyyəli yarışlarda iştirakı təmin edilmişdir.
       “5 Mart Bədən Tərbiyyəsi və İdman Günü” nə həsr olunmuş yeniyetmələr arasında Yunan Roma güləşi üzrə açıq rayon birinciliyi keçirilmişdir. 9 nəfər rayon idmançısı ölkə birinciliklərinin və respublika turnirlərinin qalibi olmuşdur.
Hesabat dövrü rayon İcra hakimiyyətinin fəaliyyət istiqamətlərindən birini də vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işi təşkil etmişdir. Rüb ərzində İcra hakimiyyətinə dövlət orqanlarından  və vətəndaşlardan ümumilikdə 31 yazılı  müraciət daxil olmuşdur. Yazılı müraciətlərin 5-i müsbət həll edilmiş, 11-nə müvafiq izahat verilmiş, 1-i əsassız sayılmış, 4-ü qismən həll edilmiş, 2-si icraya alınmış, 1-i baxılmaq üçün aidiyyatı təşkilata göndərilmiş,7-si isə müvafiq Dövlət Proqramlarının yerinə yetirilməsi zamanı yerinə yetiriləcəkdir.
Rüb ərzində keçirilən  7 səyyar qəbulda edilən 38 müraciətin 18-i müsbət həll edilmiş, 13-nə isə müvafiq izahat verilmiş,  7-i  isə icraya alınmışdir.  Rayon İcra hakimiyyəti başçısı tərəfindən bilavasitə aparatda 184 nəfər qəbul edilmişdir. Qəbullar zamanı müraciətlərin 112-si müsbət həll olunmuş, 52-i müraciətə müvafiq izahat verilmiş, 17 müraciətin icrası müvafiq Dövlət Proqramlarında icrası nəzərdə tutulmuş, 3 müraciət isə baxılmaq üçün aidiyyatı quruma yönləndirilmişdir.
2018-ci ilin birinci rübünün yekunları bunu deməyə əsas verir ki, rayon əhalisi arasında  əvvəlki illərdə olduğu kimi ictimai-siyasi baxımdan heç bir narahatlıq olmamışdır. Rayonda  bu gün  də əsas aparıcı siyasi partiya 3500 nəfərdən artıq üzvü olan Yeni Azərbaycan Partiyasıdır. Sakinlərimiz həmişə olduğu kimi dövlətçilik ənənələrinə sədaqət nümayiş etdirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətini ürəkdən bəyənərək müdafiə etmişlər.

Keçidlər