Şriftin ölçüsü :

Saytın rəngi :

Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan Qubadlı gəncləri ilə görüş

01 sentyabr 2018 | 16:00

Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan Qubadlı gəncləri ilə görüş

05 sentyabr 2018-ci il tarixində Qubadlı rayon Təhsil şöbəsində qəbul imtahanlarında yüksək bal toplayan rayon gəncləri ilə görüş keçirilmişdir. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, RIH-i aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, valideyinlər və məzunlar iştirak edirdilər.
Tədbir açıq elan edildikdən sonra tələbə adını qazanan gəncləri təbrik edən RİH-nin başçısı Malik İsaqov qeyd etdi ki,  Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi  təhsil hər bir xalqın gələcəyidir. Təhsilsiz inkişaf ola bilməz. Bu mənada elm, təhsil hər bir ölkənin inkişafının əsasını təşkil edir.  Ölkəmizdə təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bütövlükdə son illər təhsilin inkişafına xidmət göstərən 16 Dövlət Proqramı qəbul edilmişdir. Bu Proqramlar məktəbəqədər təhsil, texniki peşə, orta ümumtəhsil və ali məktəblərin inkişafını nəzərdə tutan dövlət əhəmiyyətli fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Bu gün Qubadlı rayonunda da bu işlər uğurla davam etdirilir. Rayonda 32 ümumtəhsil məktəb fəaliyyət göstərir ki, onlardan 14-ü yeni tikilmiş, 18-i əsaslı təmir olunmuşdur. Eyni zamanda 2017/2018-ci tədris ilində  Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbi üçün yeni bina tikilərək şagird və müəllim kollektivinin istifadəsinə verilmişdir. Cari ildə  457 məzundan 390-ı sənəd vermiş və onlardan 285-i ali məktəblərə qəbul olmuşlar. Qəbul imtahanlarında iştirak edən 48 məzun 500-600 arası,  27 məzun isə 600-dən yuxarı bal toplayıb. Bu il rayonumuz üzrə qəbul faizi  73% təşkil edir. Ötən il isə rayonumuz Ali məktəblərə qəbul imtahanlarının nəticəsinə görə respublika üzrə 1-ci yerdə olmuşdur. Butün bunlar cənab Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.
Sonra çıxış edən  Qubadlı rayon təhsil şöbəsinin müdiri Fuad Bədəlov, valideyinlər , məzunlar və digərləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Sonda yüksək bal toplamış gənclərə RİH –tərəfindən mükafatlar verildi.

Keçidlər