Şriftin ölçüsü :

Saytın rəngi :

15 sentyabr Bilik Günü

22 sentyabr 2018 | 16:00

                                                                                           15 sentyabr Bilik Günü

15 sentyabr Bilik Günü münasibəti ilə Qubadlı rayonunun bütün ümumtəhsil məktəblərində tədbirlər keçirilir. Tədbirlərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov başda olmaqla, RİH-nin məsul işçiləri, idarə müəssisə rəhbərləri, məktəbin müəllim və şagird kollektivi, valideynlər  iştirak edirdilər.
Bu səpkidən olan tədbirlərdən biri də Qubadlı rayon Aşağı Mollu kənd tam orta məktəbində təşkil olunmuşdur. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Yığıncaq açıq elan edildikdən sonra çıxış edən RİH-nin başçısı Malik İsaqov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini bildirdi. Bu gün də təhsil sahəsi möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı ilə yanaşdığı sahələrdən biridir. Başçı qeyd etdi ki, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları, habelə, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” və digər bu kimi tədbirlər dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqətin bariz nümunəsidir.
Sonra RİH başçısı cənab Malik İsaqov Qubadlı rayon məktəblərinin uğurlarından bəhs edərək vurğuladı ki, rayonda  32  ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, onlardan 14-ü yeni tikilmiş, 18-i əsaslı təmir olunmuşdur.Eyni zamanda 2017-ci ildə Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbi üçün yeni bina tikilərək şagird və müəllim kollektivinin istifadəsinə verilmişdir.Bu il rayon məktəblərini bitirən 457 məzundan 390 nəfəri ali məktəblərə sənəd vermişdir. Onlardan 285 nəfər tələbə adını qazanmışdır. Ali məktəbə qəbul olan məzunlardan 48 nəfəri 500-600, 27  nəfəri isə 600-700 arası bal toplamışdır.
Sonra tədbirdə çıxış edənlər qeyd etdilər ki, ölkəmizin hər bir yerində müasir standartlara cavab verən ümumtəhsil məktəbləri tikilir və bu isə öz növbəsində gənc nəslin savadlı və sağlam əqidəli yetişməsinə xidmət edir. Həmçinin tədbirdə çıxış edənlər bu il məktəbə ilk dəfə qədəm qoyan birincilərə uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq   yetişmələrini arzuladılar.
        “İlk zəng”in səslənməsi ilə yeni dərs ili başlandı.

Keçidlər