Şriftin ölçüsü :

Saytın rəngi :

9 NOYABR---Dövlət Bayrağı Günüdür

08 noyabr 2018 | 16:00

                                                                                       9 NOYABR---Dövlət Bayrağı Günüdür

         8 noyabr  2018-ci il tarixdə Qubadlı Rayon İcra Haimiyyəti və YAP Qubadlı Rayon təşkilatının birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Günü münasibəti ilə Sumqayıt şəhərində yerləşən Dövlət Bayraq Müzeyində tədbir keçirildi. Tədbirdə RİH-nin məsul şəxsləri, idarə müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri  iştirak edirdilər.
Tədbir iştirakçıların Dövlət Bayraq Muzeyinə baxışından sonra başladı.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev açdı. Qeyd olundu ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Naxçıvanda Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırdı və ölkəmizdə gedən proseslərə güclü təkan verdi.
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olunduqdan sonra Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdi. Həmçinin "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" qanun qəbul olundu. 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirildi.
Bu istiqamətdə atılan ən mühüm addımlardan biri Dövlət bayrağı gününün təsis edilməsidir. Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının Dövlət bayrağı ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilmişdir. Bunu nəzərə alaraq, o cümlədən Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyev  2009-cu il noyabrın 17-də  "Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında" sərəncam imzalanmışdır. Bu sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin, mənəvi dünyasının göründüyü ən şəffaf və dəqiq meyardır. Belə bayraqlardan biri Xəzər dənizinin sahilində, Bakı buxtasında qürurla dalğalanır, bütün dünyaya müstəqil dövlətin varlığını bəyan edir. Bu, Azərbaycan xalqının azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağıdır.
      Daha sonra natiq həmçinin qeyd etdi ki, Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü və uzaqgörən siyasət bizi öz doğma torpaqlarımıza qaytaracaq. Dövlət Bayrağımız Şuşada, Xankəndində, Qubadlıda və digər işğal olunmuş rayonlarımızda dalğalanacaq.
        Sonra əməkdar müəllim Əsədov Ədalət məruzə ilə çıxış edərək bildirdi ki, Azərbaycanın dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində, o cümlədən beynəlxalq təşkilatlarda ucalır, mühüm tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq müstəqilliyimizi və milli birliyimizi təcəssüm etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızın dövlət atributlarına, o cümlədən üçrəngli bayrağımıza göstərdiyi böyük ehtiram, bu məqsədlə həyata keçirilən tədbirlər ölkəmizdə milli həmrəyliyin daha da möhkəmlənməsinə, azərbaycançılıq məfkurəsinə və dövlət rəmzlərinin təbliğinə xidmət edən böyük amillərdir.
       Sonra tədbirdə məktəblilərin  ifasında Dövlət bayrağı haqqında şerlər səsləndirildi.

Keçidlər