“ Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərlə görüş keçiridi
“ Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək
məktəblilərlə görüş keçiridi
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən növbəti marifləndirici tur-aksiyası çərçivəsində 13 noyabr 2018-ci il tarixində Qəbələ-Şəki-Zaqatala bölgəsinə səyahət edəcək Qubadlı rayon məktəblərindən seçilmiş 20 nəfər, fəal və istedadlı şagirdlərlə Sumqayıt şəhərində yerləşən Qubadlı Rayon Təhsil şöbəsinin binasında görüş keçirildi.
Görüşdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, Qubadlı RİH-nin məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, məktəb direktorları, valideynlər, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Görüşdə çıxış edən Qubadlı rayon İcra hakimiyyətinin başçısı cənab Malik İsaqov bildirib ki, şagirdlər tur-aksiyada vaxtlarını səmərəli keçirməklə yanaşı, həm də ölkəmizin rayonları, Azərbaycanın qədim tarixi-memarlıq abidələri, muzey və mərkəzləri ilə daha yaxından tanış olacaq, qərb rayonlarının görməli yerlərini gəzəcəklər. Qeyd olunub ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən “Ölkəmizi tanıyaq” layihəsi gənclərin vətənpərvərlik ruhunda böyümələrinə, dünyagörüşlərinin artmasına xidmət göstərir. Həmçinin qeyd olundu ki, bu layihənin məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və Azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verdiyini, şagirdlərdə həm də xalqımızın malik olduğu çoxəsrlik tolerantlıq, multikultural dəyərlər barədə hərtərəfli təsəvvür formalaşdığını diqqətə çatdırıb.
Görüşdə çıxış edən Çardaxlı kənd tam orta məktəbinin direktoru Salmanov Çingiz, Mahmudlu kənd tam orta məktəbinin direktoru Sarıyev Mahir və digər məktəb direktorları uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açaraq, təşkil edilən bu aksiyanın məktəblilər üçün tariximizi, mədəniyyətimizi öyrənmək üçün gözəl bir fürsət olduğunu və ölkəmizdə dövlətinə, xalqına, milli-mənəvi dəyərlərinə bağlı savadlı, vətənpərvər bir nəslin yetişdiyini qeyd etdi.
Sonra çıxış edən valideyinlər və məktəblilər gənc nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsi, onların tərbiyəli, savadlı və vətənpərvər böyüməsi istiqamətində görülən işlərə, həmçinin şagirdlərin dünyagörüşünün yüksəlməsində mühüm əhəmiyyət kəsb edən marifləndirici tur-aksiyaların təşkilinə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.