Şriftin ölçüsü :

Saytın rəngi :

Hesabat yığıncağı

22 yanvar 2019 | 16:00

Hesabat yığıncağı

              22 yanvar 2019-cu il tarixdə Qubadlı rayon İcra Hakimiyyəti başçısının Zilanlı  kənd inzibati ərazi  dairəsi üzrə nümayəndəliyinin  2018 -cü ildə gördüyü işlərə dair hesabat yığıncağı keçirilmişdir.
               Hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı  cənab Malik İsaqov və rayonun  idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir. Hesabat yığıncağını giriş sözü ilə  Zilanlı  kənd inzibati ərazi  dairəsi üzrə nümayəndəsi Telman Cabbarov açaraq  2018-ci ildə respublikada, rayonda və eyni zamanda nümayəndəlikdə görülmüş işlər barədə məruzə ilə çıxış edərək  geniş məlumat verdi. Sonra nümayəndəliyin sakinləri Cabbarov Süleyman Əliş oğlu,  Məmmədov Xuraman  Əmirxan qızı, Qasımov Salman Kərəm oğlu və  Hümbətova  İlahə  Fehruz qızı çıxış edərək respublikada və rayonda görülmüş işləri yüksək qiymətləndirərək ölkə rəhbərliyinə minnətdarlıq bildirdi və  nümayəndəliyin işindən  razı qaldıqlarını bildirdilər.
                  Sonda Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov çıxış edərək ötən 2018-ciildə Respublikada aparılan geniş miqyaslı quruculuq işlərindən ətraflı bəhs etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətinin mahiyyəti barədə yığıncaq iştirakçılarına geniş məlumat verdi. Ölkənin dinamik inkişaf yolunda olduğunu konkret faktlarla iştirakçıların diqqətinə çatdırdı.  M.İsaqov 2018-ci ildə rayonda da xeyli işlərin görüldüyünü bildirərək bu işlərin cari ildə də davam etdiriləcəyini vurğuladı.  O, rayonda ictimai-siyasi vəziyyətin sabit olduğunu bildirərək rayon əhalisinin bütövlükdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətini dəsdəklədiyini bildirdi. Əlavə olaraq cari ildə görəcəkləri işlərdən və kənd sakinlərini maraqlandıran suallara ətraflı izahat verdi.
            Sonda qərar qəbul edilərək nümayəndəliyin işi kafi qiymətləndirildi.

Keçidlər