Şriftin ölçüsü :

Saytın rəngi :

“Novruz bayramı”

21 mart 2019 | 16:00

“Novruz bayramı”

      Novruz bayramı  Qubadlı rayonunda hər il yüksək səviyyədə, təntənəli sürətdə qeyd edilir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 mart 2019-cu il tarixində  Novruz bayramı münasibətilə Abşeron rayonu st.Sumqayıt ərazisində yeni salınmış şəhərcikdə təşkil olunmuş bayram şənliyində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatı İmamverdi İsmayılov, MKSF-in icraçı direktoru Mahir Abbaszadə və Qubadlı rayon  İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, RİH aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanları, eyni zamanda ictimaiyyət nümayəndələri  iştirak edirdilər. Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov rayon ictimaiyyətini bayram münasibətilə təbrik etdi. Qeyd olundu ki, Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində qeyd olunur. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.  Bayram şənliyində bildirildi ki, Novruz,  adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir. Bu ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək hər kəsin müqəddəs borcudur. Xalqımız qədim türk məişətini, əxlaqını və bədii zövqünü özündə cəmləşdirən Novruz ayinlərini tarixən yaşadaraq bu günümüzədək gətirib çatdırıb. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir. Sonra Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov vurğuladı ki, Qubadlı sakinləri Ümummilli lider Heydər Əliyevin siyasətinə daim sadiqdir və onun layiqli davamçısı Prezident İlham Əliyevi hər zaman dəstəkləyir. Qeyd olundu ki, 2018-ci il dekabr ayının 24-də məcburi köçkün ailələri üçün Abşeron rayonu ərazisində və Sumqayıt şəhəri 12 mkr-da 2000-dən artıq ailə üçün nəzərdə tutulmuş yeni şəhərciklərin açılış mərasimi keçirilmişdir. Mərasimdə ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etmişdir. Açılış mərasimi bütün məcburi köçkünlər kimi Qubadlıdan olan məcburi köçkünlərin də hədsiz sevincinə səbəb olmuşdur. Belə bir inam ifadə edildi ki, Möhtərəm Prezidentimizin apardığı siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək və belə çərşənbə tonqalları hər kəsin öz yurdunda, öz həyətində alovlanacaq.
     Daha sonra şənliyə dəvət olunmuş  Respublikanın tanınmış incəsənət xadimlərinin ifasında şən mahnılar səsləndirildi. Yazın gəlişini bildirən və xalqımızın milli-mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, zarafatlar, şən-şux mahnılar  hamıda xoş ovqat oyatdı. Tədbirdə  bizim köhnə ”dirədöymə”,”ənzəli” və sair oyunlarımız nümayiş olundu, tatami üzərində idmançılarımız öz məharətlərini nümayiş etdirdilər. Novruzun simvolu olan Kosa və Keçəlin, kəndirbazın əyləncəli hərəkətləri tədbirə  xüsusi rövnəq verdi.
     Bayram tonqalı ətrafında xalq rəqsləri ifa edildi.

Keçidlər