Şriftin ölçüsü :

Saytın rəngi :

10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibətilə ağacəkmə kampaniyası

08 aprel 2019 | 16:00

8 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibətilə Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə kampaniyasına başlanılmışdır. Abşeron rayonu  st. Sumqayıt ərazisində yerləşən yeni şəhərcikdə təşkil edilmiş ağacəkmə kampaniyasında rayon İcra hakimiyyəti başçısının  müavini- ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xoşqədəm Alıyeva, rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb kollektivləri iştirak etmişdir. Ağacəkmə kompaniyasında 250-dən çox ağac əkilmişdir. 2000-ə qədər ağacın əkilməsi nəzərdə tutulur. Bu aksiya bu ayın sonuna qədər davam edəcəkdir.

Keçidlər