Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü
Qubadlı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə rayon ümumtəhsil məktəblərinin komandaları arasında idmanın müxtəlif növləri üzrə rayon birincilikləri, inşa yazı, rəsm, “ən yaxşı təqdimat” müsabiqələri, musiqi məktəblərinin şagirdləri arasında mahnı, rəqs müsabiqələri və digər busəpkili müxtəlif tədbirlər təşkil edilmişdir.
10 may 2019-cu iltarixində Abşeron rayonu, St.Sumqayıt ərazisində məcburi köçkün ailələri üçün yeni salınmış yaşayış massivində Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə yekun ümumrayon tədbiri keçirilmişdir. Rayon İcra Hakimiyyətivə Yap Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə təşkil olunmuş tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, rayon icra hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyət nümayəndələri iştirak edirdilər.
İlk öncə tədbir iştirakçıları yaşayış massivində ağacəkmə kampaniyası çərçivəsində 1000 ədəd ağac əkdilər. Sonra tədbir Qubadlı Şəhər-1 saylı körpələr evi-uşaq bağçasında davam etdirildi.
Tədbir açıq elan edildikdən sonra çıxış edən RİH-nin başçısı cənab Malik İsaqov iştirakçıları əziz gün münasibətilə təbrik edərək qeyd etdi ki, hələ sovet dövründə Azərbaycana məharətlə rəhbərlik edən Heydər Əliyev ölkəni sürətli inkişaf yoluna çıxarmaqla güclü elmi, iqtisadi və mənəvi potensial yarada bilmişdir, başlıcası isə xalqın qəlbində, arzu və istəklərində, yüz illərlə yaşayan azadlıq və müstəqillik ideyalarının həyati tələbat kimi formalaşmasına zəmin yaratmışdır.Xalqın tələbi ilə müstəqil Azərbaycan Respublikasına rəhbərliyi qəbul edən Ulu Öndərin o ağır illərdəki fəaliyyətinin xronikasını nəzərdən keçirən hər kəs onun sarsılmaz siyasi iradəsinə, idarəçilik məharətinə, müdrik qərarlar qəbul etmək səriştəsinə heyran qalmaya bilmir. Azərbaycanın müstəqil dövlətçiliyinə qənim kəsilən xarici və daxili qüvvələri məharətlə zərərsizləşdirənHeydər Əliyevəsl mənada müstəqil dövlətin qurulması, iqtisadi, hərbi, mədəni potensiallarının hərəkətə gətirilməsi üçün vacib şərt olan əmin-əmanlıq şəraiti yaratdı. Dövrün burulğanlı, təlatümlü çağında böyük siyasi müdrikliyi, siyasi məharəti, gözlənilməz siyasi gedişləri ilə tarixin yaddaşında əbədi yaşayacaq liderin fəaliyyəti zaman keçdikcə öz dəyərini göstərməkdədir və bunlar zaman-zaman elmi araşdırmaların mövzusu, predmeti olacaqdır.
Başçı bildirdi ki, bütün sahələrdə olduğu kimi məcburi köçkünlərə diqqət və qayğı da hər zaman dövlətimizin diqqət mərkəzində olmuşdur. Belə ki, məcburi köçkünlərin həyat şəraitlərinin yaxsılaşması, onların sosial rifahının gücləndirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbərin həyata keçirdiyi siyasət nəticəsində qaçqın və məcburi köçkünlərin problemləri öz həllini tapmışdır.Qeyd olundu ki, Bu gün Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu Öndərin ideya və strategiyasının yeni tarixi şəraitə uyğun yaradıcılıqla həyata keçirilməsi ölkəmizi çiçəklənən bir diyara çevirmişdir. Biz inanırıq ki, yaxın gələcəkdə məhz bu siyasətin nəticəsində torpaqlarımız işğaldan azad olunacaq və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdacaqlar.
Sonra tədbir Qubadlı Şəhər-1 saylı körpələr evi-uşaq bağçası kollektivinin hazırladığı konsert proqramı ilə davam etdirildi.