Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayon İcra Hakimiyyətində Beynəlxalq yarışlarda yüksək nəticə göstərmiş idmançılarla görüş

09 iyul 2019 | 16:00

Qubadlı rayon İcra Hakimiyyətində Beynəlxalq yarışlarda yüksək nəticə göstərmiş idmançılarla görüş

09 iyul 2019-cu il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında rayonun idmançıları ilə görüş keçirildi. Görüşdə rayon icra Hakimiyyətinin başçısı Malik İsaqov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri,  müxtəlif nailiyyətləri rayon olan idmançıları, o cumlədən “Minsk-2019” II Avropa Oyunlarının ikincisi İslam Abbasov və Yeniyetmələr arasında keçirilən Avropa çempionatının qalibi Təvəkkül Həziyev  iştirak edirdilər.
Tədbir açıq elan edildikdən sonra Beynəlxalq yarışlarda yüksək nəticə göstərərək nailiyyətlər qazanmış idmançıları təbrik edən rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov qeyd etdi ki,  Azərbaycan “Minsk 2019” II Avropa Oyunlarında 79 idmançı ilə təmsil olunaraq 5 qızıl, 10 gümüş, 13-ü bürünc olmaqla medal sayına görə 50 ölkə arasında ilk 10-luqda yer tutmuşdur. Bildirildi ki, Qubadlı idmançıları da ölkəmizdə idmançılar üçün yaradılmış şəraitdən istifadə edərək ölkə idmanına öz tövhəsini verməkdədir. Belə ki, Belarus Respublikasında keçirilən "Minsk-2019" II Avropa Oyunlarında Qubadlı rayonunun idmançısı, Yunan-roma güləşi üzrə dəfələrlə dünya və Avropa çempionu, “Bakı-2017” İslam həmrəyliyi oyunlarının qalibi  İslam Abbasov 87 kq çəki dərəcəsində II  yeri tutaraq gümüş medal, Qubadlı rayon Uşaq-gənclər İdman Şahmat məktəbinin yetirməsi, Yunan-roma güləşi üzrə dəfələrlə Azərbaycan birinciliyinin qalibi  Təvəkkül Həziyev  isə  27-30 İyun 2019-cu il tarixində Polşanın Krakov şəhərində keçirilən yeniyetmələr arasında Yunan-roma güləşi üzrə Avropa çempionatının qalibi olaraq fəxri kürsünün  ən yüksək pilləsinə yüksələrək qızıl medal qazanmışdılar.
İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov qeyd etdi ki, bugün Azərbaycanda idmançılar daim dövlət qayğısını hiss edirlər. Azərbaycan “Bakı 2015” I Avropa, “Bakı 2017” IV İslam Həmrəyliyi oyunları, Formula 1 və digər dünya səviyyəli beynəlxalq yarışların Azərbaycanda keçirilməsi ölkəmizin dünyada idman dövləti kimi tanınmasının göstəricisidir.  Son illərdə Azərbaycanda 50-dək yeni olimpiya idman kompleksi, bir sıra müxtəlif idman növləri üçün möhtəşəm arenalar istifadəyə verilib. Bu onun göstəricisidir ki, Azərbaycan idmanı çiçəklənmə dövrünü yaşayır və Ulu öndərin siyasi kursu dövlətçiliyimizin bütün sahələrində o cümlədən idman sahəsində də uğurla davam etdirilir.
Sonra tədbirdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov, “Minsk-2019” II Avropa Oyunlarının ikincisi İslam Abbasov, Yeniyetmələr arasında keçirilən Avropa çempionatının qalibi Təvəkkül Həziyev, Karate do üzrə dünya çempionu Seymur Hüseynov, Rayon ağsaqqallar şurasının sədri Həsənov Əvəz, Yunan-Roma güləşi üzrə əməkdar məşqiçi Həziyev Bahadur, Əməkdar məşqçi Cavanşir Əliyev, idmançılar Şirin Məmmədov, Aqil Səmədov  və digər çıxış edənlər hər zaman idmançılara və gənclərə diqqət və qayğı  ilə yanaşıldığını bildirərək, bu dəstəyə görə ölkə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Sonda Beynəlxalq yarışlarda yüksək nəticə göstərərək nailiyyətlər qazanmış idmançılar İslam Abbasov və Təvəkkül Həziyev, onların məşqçisi Bahadur Həziyevə Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr və pul mükafatları təqdim olundu.

Keçidlər