Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50- ci ildönümü

12 iyul 2019 | 16:00

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50- ci ildönümü

12 iyul 2019-cu il tarixdə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50-ci ildönümü münasibətilə Qubadlı rayon Icra Hakimiyyətinin və YAP Qubadlı rayon təşkilatının birgə tədbiri keçirildi. YAP Qubadlı rayon təşkilatının binasında təşkil olunan tədbirdə rayon Icra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haxverdiyev, Xoşqədəm xanım Alıyeva, aparatının məsul şəxsləri,  idarə, müəssisə və təşkilat rəhbərləri, rayonun aktiv gəncləri və YAP ərazi ilk partiya təşkilarlarının nümayəndələri iştirak edirdi.
Tədbirdə ilk öncə iştirakçılar Ulu Öndərin bustu önünə gül dəstələri qoydular. Sonra Umummilli Liderin həyat yolundan bəhs edən videoçarx nümayiş olundu. Tədbiri giriş nitqi ilə açan rayon Icra Hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev ulu öndər Heydər Əliyevin 1969- cu ilin iyul ayının 14- də Azərbaycan Respublikasına rəhbər təyin edilməsini taleyin Azərbaycan xalqına bir bəxşişi kimi dəyərləndirərək qeyd etdi ki, bu hadisə ölkəmizin tarixində uzunmüddətli və sürətli inkişafın əsasını qoydu. Sovеt rеjiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan Hеydər Əliyеv Azərbaycanı düşmüş olduğu ağır vəziyyətdən çıxarmaq üçün qətiyyətli addımlar atmağa başladı. Ulu öndər 1969-1982-ci illərdə milli kadr hazırlığı məsələsinin həllinə, təhsil şəbəkələrinin genişləndirilməsinə, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə nail oldu. Bildirildi ki, 1969-1982-ci illərdə Hеydər Əliyеv bütün sahələrdə digər sovеt rеspublikaları ilə muqayisədə dəfələrlə gеri qalan bir rеspublikanı dirçəltmək missiyasını yеrinə yеtirməli oldu. Azərbaycana rəhbər təyin olunan Heydər Əliyev respublikanın geriqalma səbəblərini dərindən araşdıraraq, dahiyanə uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və onların icrasına başlandı. Cəmiyyətin sağlam qüvvələrini, mövcud resursları səfərbər edərək respublikanı tərəqqi və inkişaf  yoluna çıxardı.
Sonra tədbirdə çıxış edən rayonun rayon təhsil şöbəsinin müdir müavini, Yap ərazi ilk partiya təşkilatının sədri Kamil Əhmədov “Heydər  Əliyev və 1969-1982-ci illərdə Azərbaycan” mövzusunda, Çərəli məktəvinin müəlimi Kazımova İlhamə isə “Heydər  Əliyev və 1982-2003-cü illərdə Azərbaycan” mövzusunda məruzə ilə çıxış etdilər.  Qeyd edildi ki, həyatının Moskva dövründə də respublikamızın inkişafına dəstək xalqımızın böyük oğlunun fəaliyyətində prioritet olmuşdur. Xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər tariximizin olduqca məsuliyyətli və taleyüklü mərhələsində ölkəni məhv olmaqdan qurtardı. Razılıqla qeyd edildi ki, Heydər Əliyevdən sonra ölkəmizin sürətli inkişafı Ümummilli Liderin ideyalarının həyata keçirilməsinin birbaşa təntənəsi olduğu kimi, həm də onun siyasi varisi Azərbaycan respublikasının Prezidenti Cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq dəyərlidir. Hazırda Heydər Əliyev siyasi kursunu uğurla və inamla davam etdirən respublika prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə  ölkəmiz Qafqazda lider dövlətə çevirmiş, inkşaf etmiş dövlətlər sırasına çıxmışdır.
YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev  tədbiri yekunlaşdıraraq qeyd etdi ki, tarix Ulu  Öndər Heydər  Əliyev siyasətinin alternativi olmadığını tam sübuta yetirmişdir. Sonra natiq  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  cənablarının  apardıgı  daxili  və  xarici  siyasətin ugurları barədə  ətraflı  məlumat  verdi. Allahverdi Haxverdiyev əminliklə bildirdi ki, tezliklə bu uğurlu siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaq və biz məcburi köçkünlər doğma torpaqlarımıza qayıdacağıq.
Sonda bir qrup şəxsə YAP Qubadlı rayon təşkilatının fəxri fərmanları və yeni üzvlərə üzvülük vəsiqəsi təqdim olundu.

Keçidlər