Şriftin ölçüsü :

Saytın rəngi :

HESABAT YIĞINCAĞI KEÇİRİLDİ

06 avqust 2019 | 16:00

HESABAT YIĞINCAĞI KEÇİRİLDİ

    6 avqust 2019-cu il tarixində Qubadlı rayon İcra Hakimiyyətinin iclas zalında 2019-cu ilin I yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
   Yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, RİH-in məsul işçiləri, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayonun ictimaiyyət nümayəndələri iştirak edirdilər. 
   Yığıncaq açıq elan edildikdən sonra tədbirdə məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyətinin  başçısı cənab Malik İsaqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Prezidenti yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açdı. Qeyd olundu ki, ölkədə həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq Qubadlı rayonunun sosial-iqtisadi inkişafında əhəmiyyətli irəliləyişlər əldə edilib. 2019-cu ilin  yarımilində rayonda fəaliyyət göstərən, idarə, müəssisə və təşkilatlar, eyni zamanda inzibati ərazi dairələri üzrə nümayəndəliklər qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə çalışıblar.
       Malik İsaqov vurğuladı ki, hesabat dövrü sakinlərimizin məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Bildiyimiz kimi Abşeron rayonu  st.Sumqayıt  ərazisində və Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş şəhərciklərdə məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi işi tam başa çatdırılmışdır. Min beş və min bir ailəyə hesablanan qəsəbələrin əsas kontingenti rayonumuzdan olan məcburi köçkünlərdir. Belə ki, Abşeron rayonu st.Sumqayıt adlanan ərazidəki şəhərciyə 357 ailə, Sumqayıt  şəhər 12-ci mikrorayondakı şəhərciyə 521 ailə, Qaradağ rayon “Ümüd” qəsəbəsinə isə 9 ailə köçürülmüşdür.Abşeron rayonu st. Sumqayıt adlanan ərazidəki şəhərcikdə rayonun Hal kənd, Dəmirçilər kənd və Qəsəbə 4 saylı tam orta məktəbləri, Gigiyena və Epidemiologiya mərkəzi, 140 yerlik Qubadlı şəhər 1 saylı körpələr evi-uşaq bağçası və rayon Rabitə qovşağının Poçt agentliyi fəaliyyətə başlamışdır. Bunun da nəticəsi olaraq 50 nəfər məcburi köçkün işlə təmin edilmişdir.
    Cari ilin I yarımilində rayonun hüquq-mühafizə orqanları üzərlərinə düşən vəzifələrini yerinə yetiriblər. Asayişin qorunması təmin edilib və heç bir kriminogen durum qeydə alınmayıb.
      Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsi tərəfindən yanvar, aprel və iyul çağırışlarında 115 nəfər hərbi xidmətə göndərilmiş, 629 nəfər gənc isə ilkin hərbi qeydiyyata alınmışdır. 6 nəfər gənc könüllü olaraq  müddətdən artıq həqiqi hərbi xidmətə yola salınmışdır.
    Bunlardan əlavə rayon İcra hakimiyyətinin daxili imkanları hesabına cari ilin 6 ayı ərzində yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə, “1941-45-ci illər müharibəsi” veteranlarına, bir sıra tədbirlərin keçirilməsinə və sair məsələlərlə bağlı aztəminatlı ailələrə 36min 700 manat pul köməkliyi edilmişdir.
    Bildirildi ki, cari ilin 6 ayı ərzində rayon Məşğulluq Mərkəzi tərəfindən sakinlərimizin məşğulluğunun artırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir. Rayonda  20 min 600 nəfər əmək qabiliyyətli əhali var. Hesabat dövrü ərzində 64 yeni iş yeri açılmışdır. Ümumiyyətlə son 16 ildə rayon üzrə  yeni yaradılan iş yerlərinin sayı 4 min 7-ə çatdırılmışdır.
   Rayon Təhsil şöbəsi də işini müvafiq Qanun və Təlimatlar əsasında qurmuş, qarşıya qoyulan vəzifələrin həllinə səy göstərmişdir. Söz yox ki, bütün bunların həyata keçirilməsi bu gün məktəblərimizdə yaradılan normal iş şəraitindən bilavasitə asılı olmuşdur. İndi rayon rəhbərliyinin təhsil  sahəsinə hədsiz qayğısı, təhsil müəssisələrinin maddi bazalarının gücləndirilməsi ilə bağlı dəstəyi nəticəsində təhsil müəssisələrində təlim işinin səmərəsinin yüksəldilməsi istiqamətində mövcud baza inkişaf etməkdədir
     Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsi 3 tibb məntəqəsi ilə birlikdə məcburi köçkünlərə tibbi xidmət göstərilməsi işini davam etdirərək rüb ərzində10 min 897 ambulator xəstə qəbul etmişdir
      Başçı qeyd etdi ki, cari ilin 6 ayı ərzində kənd təsərrüfatı sahəsində də müəyyən işlər görülmüşdür. Belə ki, rayon üzrə 79,4 hektar əkin sahəsi vardır ki, bunun da 40,6 hektarı taxıl, 7,3 hektarı bostan bitkiləri, 25,8 hektarı yonca, 3 hektarı tərəvəz, 2,7 hektarı isə tut bağlarıdır. Sakinlərimiz tərəfindən müxtəllif rayonların ərazisində əkilmiş taxıl sahələrində gəmirici və ziyanvericilərə qarşı mübarizə tədbirlərinin aparılmış fermerlərimizə lazımi məsləhətlər verilmiş, dərmanların və güzəştli gübrələrin alınmasında köməkliklər göstərilmişdir.  
    Rayonda xüsusilə son illər arıçılığı inkişaf etdirmək üçün müəyyən işlər görülməkdədir. Arıçılığı inkişaf etdirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalayaraq arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla 5 (beş) il müddətində ildə 10 (on) manat məbləğində subsidiya müəyyən edilmişdir. Hal hazırda  bu  ildə  veriləcək subsidya  üçün  sənədləşmə  işləri  aparılmış, yaxın günlərdə 36 min 850 manat pul arıçıların plastik kart hesabına köçürüləcəkdir.
      Daha sonra çıxış edən Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nüslət Əhmədov, Rayon Təhsil şöbəsinin müdiri Fuad Bədəlov və Xanlıq kənd İƏD üzrə nümayəndə Valeh Rüstəmov müvafiq sahələr üzrə görülən işlərdən bəhs edərək, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə səylə çalışacaqlarını bildirdilər.
   Daha sonra məruzələr ətrafında fikir mübadiləsi aparıldı və yerlərdən ictimaiyyət nümayəndələrinin çıxışları dinlənildi.  
   Sonra RİH başçısı Malik İsaqov Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2019-cu il tarixli 1284 nömrəli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Cabbarov Telman İmran oğluna və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 1205 nömrəli sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmuş Həsənov Əvəz Maşallah oğluna medalları təqdim etdi.
     Yekunda cənab Malik İsaqov bildirdi ki, görülən bütün işlərin təməlində insan amili durur. Əhalinin hər bir müraciəti, təklifləri, xahişləri daim diqqət mərkəzində saxlanılmalıdır.
   Sonda Şura iclasının qərar layihəsi oxundu.

Keçidlər