Şriftin ölçüsü :

Saytın rəngi :

Prezidenti Administrasiyasının məsul işçisi məcburi köçkünlərlə ilə görüş keçirdi

08 avqust 2019 | 16:00

Prezidenti Administrasiyasının məsul işçisi məcburi köçkünlərlə ilə görüş keçirdi.

       Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov 8 avqust 2019-cu il tarixində Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında məcburi köçkünlərlə qəbul keçirmişdir.
     Qəbulda Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov iştirak edirdi.
      Qəbulda 43 nəfər sakin müraciət etmiş, 49 məsələ qaldırılmışdır. 10 məsələ yerində həll edilmiş, 2 məsələyə baxılması üçün ərizə götürülmüş, 37 məsələyə qanuna müvafiq cavab verilmişdir ki, onlardan da 26-sı mənzillə təmin edilmə ilə bağlı olmuşdur

Keçidlər