Şriftin ölçüsü :

Saytın rəngi :

25 oktyabr Qubadlı Şəhəri Günü və Şəhid İsgəndərov İlkin Camal oğlunun anım günü ilə əlaqədar tədbir keçirildi

25 oktyabr 2024 | 09:35

2024-cü il 25 oktyabr tarixindəQubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı iləSumqayıt şəhər Şəhidlər Xiyabanında 25 oktyabr Qubadlı Şəhəri Günü və Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş İsgəndərov İlkin Camal oğlunun  anım günü ilə əlaqədar tədbir keçrildi.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, hüquq-mühafizə orqanları, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, məktəb kollektivləri, Sumqayıt şəhər cümə məscidinin axundu hacı Rauf,döyüş yoldaşları, Şəhidlərimizin ailə üzvləri və yaxınları, ictimaiyyət nümayəndələriiştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidlərimizin məzarları üzərinə əklil və gül dəstələri qoydular, Şəhidlərimizin ruhuna dualar oxudu.   

Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin Qubadlı rayon nümayəndəliyi tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi.

Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov vurğuladı ki,Zəngin tarixə malik olan Qubadlı rayonu 31.08.1993-cü il tarixdə erməni təcavuzkatları tərəfindən işğal olunmuşdur. Bütün əmlakı erməni işğalçıları tərəfindən talan edilmiş, 1 şəhər, 93 kənd tamamilə dağıdılmış, evlər, ictimai binalar yandırılmış, salamat qalanlar isə sökülərək Ermənistana daşınmışdır.

Qəbiristanlıqlar, tarixi-mədəni abidələr, rayon mərkəzində fəaliyyət göstərən və maraqlı eksponatlarla zəngin olan Tarix-diyarşünaslıq muzeyi məhv edilmişdir.

Düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olmuş, 473 nəfər əlil olmuş, 100 nəfərdən çox insan itgin düşmüşdür. Birinci Qarabağ muharibəsi zamanı 11 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür. Hal-hazırda 40000 nəfərdən artıq Qubadlı əhalisi respublikamızın 42 rayonunda məcburi köçkün ömrü yaşayır. Əhalimizin mütləq əksəriyyəti Sumqayıt şəhərində məskunlaşıb.

27 sentyabr 2020-ci il tarixdən başlayan əks hücum əməliyyatı zamanı 44 gün davam edən Vətən Müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmişdir. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.

Qeyd olundu ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 27.09.2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində rayonumuzun sakinlərindən 298 nəfərə yaxını könüllü olaraq iştirak etmişdir. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Rayonumuzdan olan hərbiçilərimiz Prezident İlham Əliyevin Sərəncamı ilə 200-dən yuxarı müxtəlif orden və medallarla təltif olunmuşdur.

19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həmin ərazilərdə - Xocavənd, Əsgəran, Xocalı,  Ağdərə, Xankəndi şəhərlərində Azərbaycanın bayrağı ucaldıldı.

Hal-hazırda Ölkə başçısının göstərişi əsasında hazırlanmış və təsdiq etdiyi “Böyük Qayıdış” Proqramının icrası olaraq digər işğaldan azad olunmuş rayonlarımızda olduğu kimi Qubadlı rayonunda da tikinti yenidənqurma və quruculuq işləri sürətlə davam etdirilir. Bütün Qubadlılar böyük sevinc və qürur hissi ilə “Böyük Qayıdış”ı gözləyirlər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

 

Eyni zamanda“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonu, St.Sumqayıt ərazisində salınmış istirahət parkında Qubadlı Şəhəri Gününə həsr edilmiş ağacəkmə aksiyası həyata keçirildi.

Ağacəkmə aksiyasındaQubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin işçiləri, Kommunal Müəssisələr Kombinatının işçiləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, həmin ərazidə fəaliyyət göstərən məktəb kollektivləri, Qubadlı Şəhər 1 saylı körpələr evi-uşaq bağçasının kollektivi və həmin ərazidə yaşayan rayon sakinləri iştirak edirdilər.        

Ümumilikdə ağacəkmə aksiyasında 400 ədəd ağac əkildi.

Keçidlər