Şriftin ölçüsü :

Saytın rəngi :

Ali məktəblərə qəbul imtahanlarında tələbə adını qazanmış məzunlarla görüş

03 sentyabr 2019 | 16:00

Ali məktəblərə qəbul imtahanlarında tələbə adını qazanmış məzunlarla görüş

3 sentyabr 2019-cu il tarixdə Sumqayıt şəhərində yerləşən 28 May Mədəniyyət evində tələbə adını qazanmış məzunlarla görüş keçirildi. Görüşdə Rayon İcra hakimiyyətinin başçısı cənab Malik İsaqov, RİH-nin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və məzunlar iştirak edirdilər.          Tədbir açıq elan edildikdən sonra tələbə adını qazanan gəncləri təbrik edən RİH-nin başçısı Malik İsaqov qeyd etdi ki,  Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi  təhsil hər bir xalqın gələcəyidir. Təhsilsiz inkişaf ola bilməz. Bu mənada elm, təhsil hər bir ölkənin inkişafının əsasını təşkil edir.  Ölkəmizdə təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bütövlükdə son illər təhsilin inkişafına xidmət göstərən 16 Dövlət Proqramı qəbul edilmişdir. Bu Proqramlar məktəbəqədər təhsil, texniki peşə, orta ümumtəhsil və ali məktəblərin inkişafını nəzərdə tutan dövlət əhəmiyyətli fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Bu gün Qubadlı rayonunda da bu işlər uğurla davam etdirilir. Rayonda 32 ümumtəhsil məktəb fəaliyyət göstərir ki, onlardan 18-i yeni tikilmiş, 14-ü əsaslı təmir olunmuşdur. Eyni zamanda 2018/2019-cu tədris ilində  Abşeron rayonu St.Sumqayıt ərazisində yerləşən Qubadlı rayon Hal, Dəmirçilər kənd tam orta və Şəhər-4 saylı tam orta məktəbləri yeni məktəb binalarında fəaliyyətə başlamış, 2019-2020-ci tədris ilində isə Sumqayıt şəhər 12-ci mkr ərazisində məcburi köçkünlər üçün tikilmiş yeni şəhərcikdə Kavdadıq və Əliquluuşağı kənd tam orta məktəbləri üçün yeni bina tikilərək şagird və müəllim kollektivinin istifadəsinə veriləcəkdir. Bu il rayonumuzun Çaytumas kənd məktəb liseyi və Xocahan kənd tam orta məktəbləri qəbul imtahanlarında 100% nəticə göstərmişlər. Belə ki, Çaytumas məktəb liseyində məktəbi bitirən 34 məzunun hamısı, Xocahan tam orta məktəbində isə ali məktəblərə sənəd verən 16 məzunun hamısı tələbə adını qazanmışdır.     Cari ildə  442 məzundan 386 nəfəri (87,3%) sənəd vermiş və onlardan 297 nəfəri ali məktəblərə qəbul olmuşlar. Qəbul imtahanlarında iştirak edən 42 nəfər məzun 500-600 arası, 12 nəfər məzun isə 600-700 arası bal toplamışdır. Bu il rayonumuz üzrə qəbul faizi  77% təşkil edir. Butün bunlar cənab Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.        Sonra çıxış edən  Qubadlı rayon təhsil şöbəsinin müdiri Fuad Bədəlov, valideynlər , məzunlar və digərləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Sonda yüksək bal toplamış gənclərə RİH tərəfindən mükafatlar verildi.

Keçidlər