İcra başçısı Şirvanda məskunlaşmış rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdi
Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqovun Şirvan şəhərində YAP Şirvan şəhər təşkilatının binasında Şirvan şəhərində məskunlaşmış Qubadlı rayonundan olan məcburi köçkünlərlə görüşü – səyyar qəbulu olmuşdur.
Görüşdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, RİH-in məsul işçiləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr, idarə, müəssisə və təşkilat rəhbərləri, eyni zamanda Şirvan və Hacıqabul rayonları üzrə Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin nümayəndələri və məcburi köçkünlər iştirak etmişlər.
Görüşün məqsədi Şirvan şəhərində salınmış yeni qəsəbəyə köçürülmədə problemlərin aradan qaldırılması olmuşdur. Bildirilmişdir ki, 11 ailənin – 31 nəfərin yeni qəsəbəyə köçürülməsində heç bir problem olmayacaq.
Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.
Görüşdə qaldırılan məsələlərin bir qismi yerində həll olunmuş, digərlərinin həlli üçün isə aidiyyatı üzrə tapşırıqlar verilmişdir.
Qeyd edək ki, RİH-in tapşırığı ilə görüşdən bir neçə gün əvvəl Şirvan şəhərində müvəqqəti məskunlaşan, Qubadlı rayonundan olan bütün məcburi köçkünlərlə evlərində görüşülmüş, problemləri dinlənilmiş