Şriftin ölçüsü :

Saytın rəngi :

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü

04 oktyabr 2019 | 16:00

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü         


 
4 oktyabr 2019-cu il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri, 28 May mədəniyyət evində 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilmişdir.
     Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Malik İsaqov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
     Tədbir açıq elan edildikdən sonra rayon təhsil şöbəsinin müdiri Fuad Bədəlov məruzə ilə çıxış etdi. Məruzəçi qeyd etdi ki, 5 oktyabrın Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Azərbaycanda Müəllimlər Günü isə 2000-ci ildən etibarən qeyd edilir. Hazırda dünyanın 100-dən çox ölkəsində bu tarix müəllimlər günü kimi qeyd olunur.
     Sonra yığıncaqda çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Malik İsaqov tədbir iştirakçılarını salamlayaraq bütün müəllimləri bayram günü münasibəti ilə təbrik edərək qeyd etdi ki, bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də müəllim kollektivi üçün əziz gündür. Bəşəriyyətin min illər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. Hər bir insanın dünyanı dərk etməsində, yeni biliklər qazanmasında müəllim ən yaxşı köməkçi olmuşdur. Ulu Öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək hər zaman söyləyirdi: “Müəllimlik peşəsi hər zaman ən yüksək zirvədə olan peşədir”. Bu gün də dövlət rəhbərimiz cənab İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirərək onlara daim diqqət və qayğı göstərir. Təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları, habelə, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” və digər bu kimi tədbirlər dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqətin bariz nümunəsidir.
Sonra RİH başçısı cənab Malik İsaqov Qubadlı rayon məktəblərinin uğurlarından bəhs edərək vurğuladı ki, rayonda  32  ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, onlardan 18-i yeni tikilmiş, 14-ü əsaslı təmir olunmuşdur. Eyni zamanda 2018/2019-cu tədris ilində  Abşeron rayonu St.Sumqayıt ərazisində yerləşən Qubadlı rayon Hal, Dəmirçilər kənd tam orta məktəbləri eləcədə Şəhər-4 saylı tam orta məktəbi müasir tələblərə cavab verən yeni məktəb binalarında fəaliyyətə başlamış, 2019-2020-ci tədris ilində isə Sumqayıt şəhər 12-ci mk/r ərazisində məcburi köçkünlər üçün tikilmiş yeni şəhərcikdə Kavdadıq və Əliquluuşağı kənd tam orta məktəbləri üçün yeni bina tikilərək şagird və müəllim kollektivinin istifadəsinə verilmişdir. Bu il rayonumuzun Çaytumas kənd məktəb liseyi və Xocahan kənd tam orta məktəbləri qəbul imtahanlarında 100% nəticə göstərmişlər. Belə ki, Çaytumas məktəb liseyində məktəbi bitirən 34 məzunun hamısı, Xocahan tam orta məktəbində isə ali məktəblərə sənəd verən 16 məzunun hamısı tələbə adını qazanmışdır. Cari ildə  442 məzundan 386 nəfəri (87,3%) sənəd vermiş və onlardan 297 nəfəri ali məktəblərə qəbul olmuşlar. Qəbul imtahanlarında iştirak edən 42 nəfər məzun 500-600 arası, 12 nəfər məzun isə 600-700 arası bal toplamışdır. Bu il rayonumuz üzrə qəbul faizi  77% təşkil edir. Butün bunlar cənab Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.
    Yekunda Rayon İcra Hakimiyyətinin Başçısı cənab Malik İsaqov bütün müəllimlərə nailiyyətlər diləyərək, təhsil inqilabında daim onlara mübariz və daha çox Azərbaycanın gələcəyi üçün əsl vətənpərvərlər yetişdirməyi arzuladı.   
Rayon İcra Hakimiyyətinin Başçısı cənab Malik İsaqov 5 oktyabr-Beynəlxalq Müəllimlər günü münasibətilə Prezident cənab İlham Əliyevin sərəncamı ilə Qubadlı rayon Çardaxlı kənd tam orta məktəbinin direktoru Çingiz Salmanova əməkdar müəllim adı verilməsi münasibətilə təbrik etdi. Daha sonra fəaliyyəti dövründə fərqlənən bir qrup müəllimə rayon İcra hakimiyyətinin  Başçısı tərəfindən fəxri fərmanlar  təqdim olundu.
    Tədbir Azərbaycan Respublikası Sumqayıt Regional Mədəniyyət İdarəsinin  Qubadlı rayon nümayəndəliyinin və tanınmış incəsənət ustalarının  iştrakı  ilə konsert proqramı  davam etdirildi.

Keçidlər