Şriftin ölçüsü :

Saytın rəngi :

Hafiz Quliyev adına Qubadlı rayon Çaytumas kənd məktəb litseyinin məzunu olmuş şəhid Əlövsət Vəliyevin anım tədbiri

05 noyabr 2019 | 16:00

Hafiz Quliyev  adına Qubadlı rayon Çaytumas kənd məktəb litseyinin məzunu olmuş şəhid Əlövsət Vəliyevin anım tədbiri



       5 noyabr  2019-cu il tarixdə RİH-nin təşkilatçılığı ilə Hafiz Quliyev  adına Qubadlı rayon Çaytumas kənd məktəb liseyində şəhid Əlövsət Vəliyevin anım tədbiri keçirildi. Tədbirdə Qubadlı RİH-nin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri məktəb kollektivi, şəhidin döyüş yoldaşları və müəllimləri iştirak edirdi.
       Tədbirdə  əvvəlcə dövlət himni səsləndirildi  və  Azərbaycan dövləti və  xalqı  uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Əlövsət Vəliyevin həyat yolundan bəhs edən videoçarx nümayiş olundu.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev qeyd etdi ki, şəhid ailələrinə qayğı həmişə dövlətin diqqət mərkəzindədir. Müharibə əlillərinə və şəhid ailələrinə dövlət qayğısı siyasətinin əsasını Ulu öndər Heydər Əliyev qoyub və siyasətin davamçısı ölkə prezidenti cənab İlham Əliyevin  Respublikamızda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirləri bunun bariz nümunəsidir.
         Qeyd edildi ki, Qubadlı rayonu torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə 238 şəhid vermişdir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə rayonumuzdan olan 11 nəfərə  Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Şəhidlərin xatirəsinin anılması, şəhid ailələrinə diqqət və qayğı rayon rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdəndir. RİH başçısı cənab Malik İsaqovun tapşırığı ilə şəhid ailələrinin problemləri vaxtaşırı olaraq öyrənilir, həllinə köməklik göstərilir. Əlamətdar bayram günlərində şəhid ailələrinə bayram sovqatları verilir.
Əlövsət Cəfərxan oğlu Vəliyev 1968-ci il dekabrın 15-i Qubadlı rayonunun Həmzəli kəndində anadan olub. 1985-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olur. 1987-ci ildə hərbi xidmətə yola düşən Əlövsət vətənə dönəndə ermənilərin torpaq iddiaları artıq başlamışdı.1992-ci ilin may ayında milli ordu sıralarına daxil olan Əlövsət ilk gündən özünün təcrübəli tankçı kimi göstərir. Əlövsət Vəliyevin həm də qorxmaz və cəsarətli bir igid olması döyüş yoldaşlarına onu bir daha sevdirdi. Bu cəsarətli insanın təkcə özünü deyil, hətta onun tankını belə Qubadlının bütün sərhəd kəndlərində çox gözəl tanıyırdılar. Onun tankı sonralar Zəngilan, Laçın, Cəbrayıl və Füzuli rayonlarına qədər gedib çıxdı. Bu bölgələrdə uğurlu döyüş əməliyyatları keçirən Əlövsət Vəliyevi bir müddət sonra tankçılar arasında komandir kimi qəbul edənlər günü-gündən çoxalırdı.
1993-cü il may ayının 26-sında Əlövsət Cəfərxan oğlu Vəliyev 706 saylı hərbi hissənin 3-cü taborunun tağım komandiri təyin edildi. 706 saylı hərbi hissəsinin kəşfiyyat rotasından Əlövsət Vəliyev haqqında verilən arayışda yazılır: “1992-ci il may ayında Laçın işğal olunandan sonra Aşağı və Yuxarı Cicimli, Səfiyan, Aşağı və Yuxarı Fərcan, Suarası, Mazutlu kəndlərinin müdafiəsində Əlövsət öz tankı ilə bütün döyüşlərə birinci atılmış, düşmənin 25-30 may hücumları zamanı onun 30-a qədər canlı qüvvəsini, bir PDM-I məhv edib.“1993-cü il 15 avqust tarixində Qubadlı rayonu ağır günlərini keçirir. Yerli qüvvələrlə birlikdə Əlövsət Vəliyevin tankçıları gecə-gündüz ara vermədən döyüşlər aparır, düşmən hücumlarının qarşısını almağa çalışırdılar. Erməni qoşun birləşmələrinin irimiqyaslı hücumları isə daim davam edir. Bu döyüşlər zamanı cəsur tankçı Əlövsət Vəliyev misilsiz qəhrəmanlıqlar göstərir. Düşmənin bir neçə texnikasını məhv edən bu igid qəhrəman mərmi bitdikdən sonra öz tankını tərk etmir. Tankı erməni quldurlarının üzərinə yönəldir, son məqamda o, öz tankını düşmən tankına çırparaq hər iki texnikanı hərəkətsiz hala salaraq qəhrəmanlıqla həlak olur.Suraxanı rayon 70 saylı uşaq baxçası şəhidin adını daşıyır.Şəhidin xatirəsinə “Əfsanəvi Tankçı”adlı kitab çap olunmuşdur.
Tədbirdə digər çıxış edənlər Əlövsət Vəliyevin  keçdiyi şərəfli döyüş yollarından və göstərdiyi qəhrəmanlıqlardan danışaraq öz xatirələrini bölüşdülər və qanı ilə qəhrəmanlıq tarixi yazan şəhid, leytenat Əlövsət Cəfərxan oğlu Vəliyevin şərəfli döyüş yoluna nəzər salaraq adınının əbədiləşdirilməsi “Milli Qəhrəman”adının verilməsini rayon rəhbərliyindən və digər qurumlardan xahiş olunmuşdur. Çıxışlarda qeyd olundu ki, 2016-cı ildə aprel döyüşləri zamanı bir sıra strateji mövqələr o cümlədən Lələtəpə yüksəkliyinin işğaldan azad olunması, dördgünlük döyüş və Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi  yaxınlığıdakı 11000 hektarlıq ərazinin işğaldan azad olunması Azərbaycan ordusunun qüdrətini bir daha sübut edərək göstərdi ki, bu ordu nəinki ölkəmizin ərazi bütövlüyünü mənfur düşməndən qorumağa, həmdə çox az müddətdə işğal olunmuş ərazilərimizi düşməndən azad etməyə qadirdi.
Sonda Allahverdi Haxverdiyev qeyd etdi ki, yaxın gələcəkdə möhtərəm Prezidentimizin uğurlu siyasi fəaliyyəti sayəsində torpaqlarımız işğaldan azad olunacaq və üçrəngli bayrağımız işğal olunmuş rayonlarımızda dalğalanacaq və şəhidlərimizin ruhu şad olacaq.
  Anım tədbirinin sonunda məktəb şagirdlərinin ifasında qəhrəmanlıq və vətənpərvərlik mövzusunda ədəbi-bədii kompazisiya nümayiş olundu.

Keçidlər