Şriftin ölçüsü :

Saytın rəngi :

“ Ölkəmizi tanıyaq” tur-aksiyada iştirak edəcək məktəblilərin yola salınmasına həsr olunmuş tədbir

13 noyabr 2019 | 16:00

“ Ölkəmizi tanıyaq” tur-aksiyada iştirak edəcək
məktəblilərin yola salınmasına həsr olunmuş

tədbir


       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyaların növbəti mərhələsi 2019-cu ilin noyabr ayında başlamışdır. Bu tur-aksiyada Qubadlı rayon məktəbliləri arasında biliyi və istedadı ilə seçilən nümunəvi 20 nəfər məktəbli və 2 nəfər müşaiyətçinin iştirakı ilə 13 noyabr 2019-cu il tarixdə dörd gün müddətinə Quba-Qusar-Xaçmaz istiqamətində yola düşdülər. Yolasalma mərasimində RİH-in məsul işçiləri, Təhsil Şöbəsinin işçiləri, məktəb direktorları, valideynlər və şagirdlər iştirak edirdilər. Əvvəlcə məktəblilər Ulu Öndərin büstü önünə gül qoydular. RİH başçısının müavinləri Allahverdi Haxverdiyev və Xoşqədəm Alıyeva uşaqların inkişafında “Ölkəmizi tanıyaq” layihəsinin mühüm rolundan söz açaraq qeyd etdilər ki, gənc nəslin hərtərəfli inkişafı, dərin biliklərə sahib olması, əsl Azərbaycan vətəndaşı kimi böyüməsi, milli-mənəvi dəyərlər ruhunda tərbiyə alması və geniş dünyagörüşünə malik olması üçün dövlət tərəfindən tədbirlər görülür və daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən "Ölkəmizi tanıyaq” tur aksiyası dövlətin gənclərə göstərdiyi qayğının bariz nümunəsidir. Qeyd olundu ki, bu layihə məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və Azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verir, şagirdlərdə həm də xalqımızın malik olduğu çoxəsrlik tolerantlıq, multikultural dəyərlər barədə hərtərəfli təsəvvür formalaşdırır. Bildirildi ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yenilənən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
        Şagirdlər tur-aksiyada vaxtlarını səmərəli keçirməklə yanaşı, Azərbaycanın şimal bölgəsinin qədim tarixi-memarlıq abidələri, muzey və mərkəzləri ilə daha yaxından tanış olacaqlar. Tur-aksiya çərçivəsində Quba rayonunda Cümə Məscidi, Quba soyqırımı Memorial kompleksi, “ABAD Factory” İstehsalat Kompleksi, Qusar rayonunda “Şahdağ” Qış-Yay Turizm Kompleksi, “Şeyx Cüneyt” türbəsi, Xaçmaz rayonunda Xalça Muzeyi, “Şəxsiyyətlər Muzeyi”, Çənlibel Parkına ekskursiyalar təşkil olunacaq. Tur-aksiya 2019-cu ilin noyabr ayının 16-da başa çatacaq. Tur iştirakçıları onlara yaradılan bu şəraitə görə dövlətimizin başçısına minnətdarlıq etdilər.
          Müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verib, onlara mənalı istirahət, zəngin təəssüratlar arzuladılar.

Keçidlər