Şriftin ölçüsü :

Saytın rəngi :

Ağacəkmə aksiyası

06 dekabr 2019 | 16:00

Ağacəkmə aksiyası

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şair-filosof İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə 6 dekabr 2019-cu il tarixdə  Abşeron rayonu, St.Sumqayıt ərazisində məcburi köçkünlər üçün salınmış şəhərcikdəki yeni parkda ağacəkmə aksiyası həyata keçirildi. Aksiyada  rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanları, idarə, müəssisə və  təşkilat rəhbərləri, rayon ictimaiyyət nümayəndələri  iştirak edirdilər. 
İlk öncə tədbir iştirakçıları yaşayış massivində ağacəkmə kampaniyası çərçivəsində 10000 ədəd ağac əkdilər.
Tədbirdə çıxış edən RİH-nin başçısı cənab Malik İsaqov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub. Xatırladaq ki, dahi şairin 600 illik yubileyi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təntənəli surətdə keçirilib. Böyük söz ustadının 600 illiyi UNESKO-nun əlamətdar tədbirləri siyahısına daxil edilərək 1973-cü ildə ilk dəfə beynəlxalq miqyasda qeyd olunub. Onun poetik irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi poeziyasının fəlsəfəsi təbiət gözəlliklərinin, saf bəşəri duyğuların, şəxsiyyət azadlığının tərənnümü üzərində qurulub və Azərbaycan ədəbiyyatının daha da zənginləşməsində misilsiz rol oynayıb.
Daha sonra çıxış edən Qubadlı rayon Şəhər-4 saylı kənd tam orta məktəbin şagirdləri qeyd etdilər ki, aksiyanın dahi şairin xatirəsinin əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını, bu təşəbbüsün Nəsimi irsinin daha geniş təbliği ilə bərabər, ölkəmizin yaşıllıqlar diyarına çevriləcəyi, ətraf mühitin mühafizəsi, hava məkanının sağlamlaşdırılması və iqlimin yaxşılaşdırılmasına böyük töhfə verəcəyini qeyd ediblər.
Sonda tədbir konsert proqramı ilə davam etdirildi.

Keçidlər