Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayonunda Xocalı soyqırımının 20 illiyinə həsr edilmiş silsilə tədbirlər keçirilir.

24 fevral 2012 | 16:00

Bu silsilədən olan daha bir tədbir 24 fevral 2012-ci il tarixdə Qubadlı rayonunun Aşağı Mollu kənd tam orta məktəbində rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirildi. Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində şagirdlərin xalqımızın soyqırımı və qəhrəmanlıq tarixinə həsr edilmiş rəsm əsərlərndən ibarət sərgiyə baxdılar. Sonra davam etdirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının, eləcə də torpaqlarımızın müdafiəsi, dövlətçiliyimizin qorunması yolunda həlak olan bütün şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Azərbaycanın soyqırımı tarixindən bəhs edən videofilm nümayiş etdirildi.
Xocalı sakini Nəsib Əzimov çıxış edərək şahidi olduğu hadisələrdən, ermənilərin Xocalıda törətdiyi vəhşiliklərdən danşdı.
Tədbirdə Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini A. Haqverdiyev çıxış edərək XX əsrin ən müdhiş və qanlı faciələrindən biri olan Xocalı soyqırımının mənfur qonşularımız ermənilərin Azərbaycan xalqına qarşı apardığı torpaq iddialarının, etnik təmizləmə siyasətinin tərkib hissələrindən biri olduğunu qeyd etdi.
Çıxışlarda bu hadisənin təkcə xalqımıza deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bir akt olduğu dilə gətirildi. Tarixin qanlı yaddaşı vərəqlənərək xatırladıldı ki, Xocalı hadisələri zamanı 613 nəfər qətlə yetirildi. Onlardan 106 nəfəri qadın, 70 nəfəri ahıl, 83 nəfəri azyaşlı uşaq idi. 56 sakin diri-diri yandırılmış, 8 ailə tamamilə məhv edilmişdir. İnsanlara olmazın işgəncələr vermiş, meyitləri təhqir etmişdilər. Şəhərin 1275 nəfər sakini itkin düşmüşdür. Minlərlə insan fiziki sağlamlığını itirmişdir. Xocalı şəhəri yer üzündən silinmişdir.
Xüsusi vurğulandı ki, xalqımızın ən yeni tariхinin bu faciəli səhifəsi də özünün tam dоlğun və оbyeкtiv hüquqi – siyasi qiymətini yalnız ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda iкinci dəfə haкimiyyətə gəldiкdən sоnra tapdı. Хоcalı sоyqırımı ilə bağlı ilк dəfə 24 fevral 1994 – cü il tariхdə ümummilli liderimizin təşəbbüsü ilə Milli Məclis хüsusi qərar qəbul etdi. Hadisələrin mahiyyətinin açıldığı, оnun səbəb və səbəbкarlar şəbəкəsinin tam əhatə оlunduğu bu sоn dərəcə müкəmməl hüquqi və tariхi sənəddə 26 fevral tariхinin Хоcalı sоyqırımı günü кimi qeyd edilməsi, bu barədə bütün beynəlхalq təşкilatlara və dünya ictimaiyyətinə məlumat verilməsi bir vəzifə оlaraq qarşıya qоyuldu.
Tədbirin mahiyyətində dayanan əsas fikir bu oldu ki, beynəlxalq ictimaiyyət tərəfindən Xocalı hadisələrinə əsl qiymət verilməli, soyqırımı kimi tanınmalıdır. İştirakçılar bu istiqamətdə Azərbaycan Prezidentinin apardığı ardıcıl siyasəti birmənalı şəkildə müdafiə etdiklərini qeyd etdilər. Bu sahədə Heydər Əliyev Fondunun mühüm xidmətlərini razılıqla vurğuladılar.
Tədbirdə məktəb şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
 

Keçidlər