Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü
12 dekabr 2019-cu il tarixində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə Qubadlı rayon İcra hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə Bəyaz Sarayda anım tədbiri keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, RİH-nin məsul işçiləri, hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri,ictimaiyyət nümayəndələri, şəhid ailələri,Qarabağ veteranları iştirak edirdilər.
Əvvəlcə tədbir iştirakçıları Qubadlı rayon İcra Hakimiyyətinin foyesində olan Ulu Öndərin büstünün önünə gül dəstələri qoydular.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Hafiz Quliyev adına Çaytumas məktəb litseyin YAP ilk partiya təşkilatının sədri, ağsaqqal Malik Atakişiyev, əməkdar müəllim Ədalət Əsədov Ümummilli Lider Heydər Əliyevin fəaliyyətindən, onun müasir Azərbaycan dövlətinin qorunub saxlanması və inkişafındakı rolundan bəhs etdilər. Qeyd olundu ki, dövrün ən çətin və təlatümlü çağında böyük siyasi müdrikliyi, siyasi məharəti, gözlənilməz siyasi gedişləri ilə tarixin yaddaşında əbədi yaşayacaq liderin fəaliyyəti zaman keçdikcə öz dəyərini göstərməkdədir və bunlar zaman-zaman elmi araşdırmaların mövzusu, predmeti olacaqdır. Həmçinin Ulu öndərin müasir dövlətçilik tariximizdə quruculuq və xilaskarlıq missiyasından, apardığı daxili və xarici siyasətdən, Azərbaycanın tolerant ölkə kimi dünyada nüfuz qazanmasından, qəbul edilən mütərəqqi qanunlardan, hakimiyyəti illərində gender bərabərliyinin təşəkkül tapmasından, azərbaycançılıq ideologiyasının milli ideologiyaya çevrilməsindən, dünya siyasətçiləri arasındakı reytinqindən, Azərbaycan dilinin, mədəniyyətin, elmin inkişafına verdiyi töhfələrdən bəhs etdi. Bildirildi ki, Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq statusu qazanmış Heydər Əliyevin xatirəsi daima ürəklərdə yaşayacaqdır. Qeyd olundu ki, bu gün cənab Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında apardığı siyasət Azərbaycan dövlətini işıqlı gələcəyə doğru aparır. Azərbaycan dövləti bütün sahələr üzrə inamla inkişaf edir və getdikcə möhkəmlənir, eyni zamanda əhalinin sosial vəziyyətinin yaxşılaşdığını qeyd edərək bildirdi ki, bu inkişaf məcburi köçkünlərin daim yeniləşən həyatında da özünü göstərir.