Şriftin ölçüsü :

Saytın rəngi :

“Əsgərə Salam” aksiyası

21 yanvar 2020 | 16:00

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin yanvarın 17-də start verdiyi  “Əsgərə Salam” aksiyası davam edir. 2 fevral-Gənclər gününə qədər davam edəcək aksiyada məqsəd “Könüllülər ili”-ndə könüllülük hərəkatının iştirakçıları ilə yanaşı cəmiyyətin müxtəlif təbəqələrinin Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirməkdir.
Aksiya başlandıqdan indiyədək Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini bildirən vətənpərvərlərin sayı yüzlərlədir. Soyuq səngərlərdə əldə silah düşmənlə  üz-üzə dayanan, öz xidməti vəzifəsini və vətən qarşısında övladlıq borcunu  şərəflə yerinə yetirən  hərbçilərimizin  qəlbinə hərarəti xalqımızın sevgisi və etibarı, dövlətimizin gücü  və qüdrəti verir. Paytaxtdan və bölgələrdən müxtəlif sosial qrupların, o cümlədən müharibə əlilləri və veteranlarının, ayrı-ayrı iş kollektivlərinin böyük həvəslə qoşulduqları aksiya onlarda böyük ruh yüksəkliyi yaradır, cəmiyyətimizi vətənpərvərlik ideyası ətrafında daha sıx birləşdirir. İnamla deyə bilərik ki, bu ruh yüksəkliyi və birliyimiz Azərbaycan ərazi bütövlüyünün bərpası uğrunda  mübarizənin qələbəsini təmin edəcək əsas amillərdəndir. Hamını “Əsgərə salam” aksiyasına qoşulmağa çağırırıq!

Keçidlər