Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayon İcra Hakimiyyətində təcrübə keçən “Asan könüllülər”-ə sertifikatlar təqdim olundu

12 fevral 2020 | 16:00

Qubadlı rayon İcra Hakimiyyətində təcrübə keçən “Asan könüllülər”-ə 
      sertifikatlar təqdim olundu     


     12 fevral  2020-ci il tarixində Qubadlı rayon İcra Hakimiyyətində təcrübə keçən “Asan könüllülər”-ə sertifikatlar təqdim olundu. Görüşdə Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, RİH-in baş məsləhətçisi Hüseyn Yusifov və könüllülər iştirak edirdilər.         Görüşü Qubadlı RİH-nin başçısının müavini  Xoşqədəm Alıyeva açıq elan edərək, gəncləri salamlayıb və onları könüllülük peşəsini şərəflə, əzmlə icra etmələri münasibətilə təbrik edib.
       Xoşqədəm Alıyeva Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli     Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının  2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Könüllülər” şəbəkəsinin imkanlarından istifadə edərək gənclərin dövlət orqanlarında təcrübə keçməyə cəlb edilməsini vurğuladı. Təsadüfi deyil ki, ölkə Prezidenti cənab İlham Əliyev gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Cənab prezident “Davos İqtisadi Forumu”nda çıxışı zamanı könüllülərin fəaliyyətini xüsusi qeyd edib, könüllülük hərəkatını yüksək qiymətləndirib. Belə ki, könüllülər öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünya görüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verməklə, respublikamızda təşkil edilmiş çoxsaylı irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində əvəzsiz rol oynayıblar. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.   Həmçinin, bildirdi ki, son illərdə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda könüllülük fəaliyyətinin geniş vüsat aldığını, ölkəmizdə gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini, respublikamızın ev sahibliyi etdiyi irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimizin böyük uğura imza atmalarının ölkə başçısı cənab İlham Əliyevin könüllülərin fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümünəsi olduğunu bildirdi.
     Daha sonra gənclər öz təəssüratlarını bölüşərək şöbələrdə öyrəndikləri işlər haqqında ətraflı məlumat verdilər.   

     Sonda Qubadlı rayon İcra Hakimiyyətində təcrübə keçmiş könüllü gənclərə sertifikatlar təqdim olundu.

Keçidlər