Şriftin ölçüsü :

Saytın rəngi :

03.04.2020-ci il tarixdə Koronavirus infeksiyası ilə bağlı rayonda görülən işlər

03 aprel 2020 | 16:00

03.04.2020-ci il tarixdə Koronavirus infeksiyası ilə bağlı rayonda görülən işlər

 
     Qubadlı rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən Sumqayıt şəhəri 12-ci mkr ərazisində yerləşən, məcburi köçkünlər üçün salınmış yeni şəhərcikdə,  12-ci mkr ev 7A və 8A “yarımçıq binaların”da, 14-cü məhəllədə yerləşən 2 saylı internat məktəbində və H.Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən ERSU-nun idarə binasında sanitar-dezinfeksiya işləri aparıldı. Binaların girişləri, pilləkən qəfəsləri, həyətyanı sahələr təmizləndi və dezinfeksiya işləri həyata keçirildi.
     Eyni zamanda Qubadlı rayon İcra Hakimiyyətinin və Qubadlı rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə müəyyən edilmiş ərazilərdə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə yaradılan mobil qruplar məskunlaşma yerlərində maarifləndirmə işlərini davam etdirirlər.

      Gün ərzində 23 nəfərə polis işçiləri tərəfindən xəbərdarlıq edilmişdir.

Keçidlər